Köçəryanın məhkəməsi bu dəfə də təxirə salındı
17:32 26.11.2019
Aktual
484
Yerevan məhkəməsi Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın işinə baxılmasını dekabrın 3-nə təxirə salıb.
Virtualaz.org bildirir ki, bu barədə “RİA Novosti” məlumat yayıb. Hakim Anna Danibekyan iclasda məhkəmənin təxirə salınmasının səbəbini açıqlayıb.
"İş gününün başa çatması ilə əlaqədar olaraq və həmçinin prosesdə iştirak edənlərin olmamasını nəzərə alaraq məhkəmə iclası təxirə salınıb və dekabrın 3-də saat 13.00-da davam etdiriləcək", - deyə Danibekyan iclasda bildirib.
Hakim bu gün Köçəryanın vəkillərinin prokuror Karen Bişaryana etiraz istəklərini rədd edib. Müdafiə tərəfi iddiasını prokurorun sabiq prezidentə qarşı "qərəzli münasibəti" ilə izah edib.
26 iyul 2018-ci ildə Xüsusi İstintaq Xidməti Köçəryanı 2008-ci il 1 mart etiraz nümayişlərinin dağıdılması ilə əlaqədar cinayət işi çərçivəsində konstitusiya quruluşunu devirməkdə ittiham edib. Köçəryan ittihamların uydurma siyasi təqib olduğunu düşünür. Məhkəmə işinə keçmiş müdafiə nazirinin müavini və keçmiş KTMT baş katibi Yuri Xaçaturov və keçmiş Prezident Administrasiyasının rəhbəri Armen Gevorgyan da daxildir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm
FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi
17:27 09.09.2026
Cəmiyyət
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Səyahətdən evə daşınan görünməz bağırsaq parazitlərinə diqqət!
15:35 09.09.2026
Dünya
ABŞ ordusu SEPAH-ın iddiasını təkzib etdi
15:16 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol