Köklü islahatlar: Ölkəmizin inkişafı üçün vaxtında əhəmiyyətli addımlar atılır
Ayyət Əhməd
13:03 09.12.2019
Aktual
572
“Azərbaycanda aparılan köklü iqtisadi islahatlar ölkəmizin inkişafı üçün vaxtında atılan əhəmiyyətli addımdır”. Bu sözləri deputat Aydın Hüseynov deyib. A.Hüseynov bildirib ki, ölkədə son illər həyata keçirilən islahatlar öz müsbət nəticəsini verib. Onun sözlərinə görə, sosialyönümlü islahatlara, yəni 4 milyondan çox insanın pensiyasının, əməkhaqqının, müavinətlərinin artırılması istiqamətində qərarların qəbul olunmasına və dövlət büdcəsindən milyardlarla manat məbləğində vəsaitin ayrılmasına baxmayaraq, inflyasiya 2,5 faiz həddini keçməyib:
“Hazırda ölkə iqtisadiyyatının da sürətlənməsi prosesi başlanıb. Dövriyyələrin qismən "kölgədən" çıxması büdcəyə və büdcədənkənar fondlara daxilolmaların artımına və iş yerlərinin rəsmiləşdirilməsinə gətirib çıxarıb. Təkcə 2019-cu ildə 120 mindən çox yeni əmək müqaviləsi qeydiyyata alınıb ki, onlardan 90 mini qeyri-neft sektorunun özəl bölməsində olub. Bütövlükdə, ölkədə əlverişli investisiya mühiti formalaşıb. Bu, həm də Azərbaycanın neft sektorundan asılılığın sıfıra enməsinə gətirib çıxaracaq.
Artıq Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Valyuta Fondu və digər aparıcı beynəlxalq maliyyə qurumlarının hesabatlarında Azərbaycanda həyata keçirilən islahatlar yüksək qiymətləndirilib. Məsələn, Azərbaycan Dünya Bankının "Doing Business" hesabatında 20 ən islahatçı ölkə sırasında yer alıb. Davos Ümumdünya İqtisadi Forumunun son hesabatında Azərbaycanda aparılan islahatların ardıcıl xarakter daşımasına diqqət çəkilib”.
Millət vəkili söyləyib ki, yeni iş yerlərinin yaradılması dinamikasını təmin edən iqtisadi artımın templəri qorunub saxlanılmalı, ölkənin bundan sonra da dayanıqlı inkişafı təmin edilməlidir.
Onun sözlərinə görə, əhalinin real gəlirləri, əməkhaqları, pensiya və müavinətlər, birdəfəlik sosial yardıma yönəldilən vəsaitin həcmi əhəmiyyətli dərəcədə artıb.
“Bu nailiyyətlər qorunmalı, eyni zamanda, bu tendensiyanın davam etdirilməsi məqsədi ilə müvafiq strukturlarla ahəngdar və koordinasiyalı şəkildə fəaliyyət təmin edilməlidir. Bunun üçün artıq Vergilər Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi dövlət xidməti statusunda İqtisadiyyat Nazirliyinin yenilənmiş strukturuna daxil edilib. Bu da ölkə iqtisadiyyatının gücləndirilməsinə xüsusi töhfə verəcək”-deyə, deputat qeyd edib.
Oxşar xəbərlər
Trampın tarif təzyiqi nəticə verir: Hindistandan ABŞ-a 18 milyard dollarlıq sərmayə
13:55 30.09.2026
Ermənistan və Gürcüstandan Azərbaycan Alban irsinə qarşı iddialar bir mərkəzdən idarə olunur -ŞƏRH
13:15 30.09.2026
Xəbər lenti
Hamısına bax
İran yeni silahlarla gücünü artırır - Hərbi ekspert
13:25 30.09.2026
Gündəm
Bərdədə 26 yaşlı oğlan qətlə yetirilib, saxlanılan var - YENİLƏNİB
13:08 30.09.2026
Hadisə
Çexiya Rusiya ilə müharibəyə hazırdır
12:35 30.09.2026
Dünya
Bəzi işçilər gəlir vergisindən azad ediləcək
12:34 30.09.2026
Aktual
Ceyhun Məmmədov: Azərbaycanda ailə institutu sıradan çıxa bilər
12:30 30.09.2026
Gündəm
Azərbaycan və İordaniya viza rejimi aradan qaldırılır
12:27 30.09.2026
Gündəm
“Yuventus” artıq İrəvandadır: İtaliya nəhəngi futbol filialı açdı
12:15 30.09.2026
Futbol
Bu ölkədə Azərbaycan dili tədris olunacaq
11:33 30.09.2026
Elm və Təhsil
Parlament Anım günü ilə bağlı bəyanat qəbul etdi
11:24 30.09.2026
Gündəm
Avropa İttifaqı Gürcüstanın ATƏT sədri olmasına qarşıdır
11:17 30.09.2026
Gündəm
ABŞ və Rusiya Şimali Koreyanın nüvə statusunda eyni mövqedədir
11:02 30.09.2026
Dünya
Məhkəmə-Hüquq Şurasının iclası keçirilib
10:54 30.09.2026
Gündəm
Moldovada PUA partlayıb
10:51 30.09.2026
Dünya