Komitə sədri: "Vətənpərvər, peşəkar insanlara daha geniş yol açmalıyıq"
Ayyət Əhməd
09:31 02.12.2019
Aktual
487
“Heç kimə sirr deyil ki, bu gün Azərbaycan xalqını ən yüksək səviyyədə təqdim və müdafiə edən, faktiki milli maraqlarımızı təmsil edərək, milli dəyər səviyyəsinə yüksələn Prezident bu işi peşəkar cəhətdən ən yüksək səviyyədə aparır. Lakin paradoksal bir vəziyyət yaranıb”.
Bunu Milli Məclisin iclasında parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib. O, bildirib ki, uzun illər ərzində aparılan quruculuq siyasəti yeni Azərbaycan formalaşdırıb:
“Bununla yanaşı, xalq müasirləşib, tələbləri artıb, onun düşüncə tərzi, təhliletmə qabiliyyəti yüksəlib. Bir sözlə, Azərbaycanda milli və müasir şüur formalaşıb və bu şəraitdə biz Milli Məclisin xalqın qarşısında təmsilçiliyini mütləq yenidən təsdiq etməliyik. İslahatların məntiqi, dünya təcrübəsi, beynəlxalq öhdəliklər bunu belə tələb edir”.
Komitə sədri söyləyib ki, məhz buna görə, təmsilçi rolunu yüksək səviyyədə yenidən təsdiq etmək üçün Milli Məclisin buraxılması üçün müraciəti dəstəkləmək vacibdir:
“Biz xalqın müasirlik səviyyəsinə uyğun, müxtəlif dilləri bilən, vətənpərvər, peşəkar insanlara daha geniş yol açmalıyıq. Biz xarici siyasətimizi ən yüksək səviyyədə təmsil etməliyik. Biz xalqımız və Prezidentimizin yüksək tələblərinə uyğun yeni parlament formalaşdırmalıyıq. Hər bir millətin gələcəyi onun dünyanın müasir çağırışlarına uyğun cavab vermək, milli maraqları dünyada gedən mürəkkəb və baş verən ədalətsiz proseslər çərçivəsində müdafiə etmək, xalqın istək və arzularını əks etdirmək qabiliyyətindən asılıdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: Si Cinpin İrana silah göndərilməyəcəyinə təminat verib
20:48 19.05.2026
Gündəm
Demet Özdemir Kann festivalında diqqət mərkəzində oldu
20:44 19.05.2026
Şou
Tramp Kuba ilə razılaşmanın mümkün olduğunu deyib
20:28 19.05.2026
Dünya
Tramp Ağ Evin damına dron yerləşdiriləcəyini bildirib
20:19 19.05.2026
Gündəm
NATO Hörmüz boğazında gəmiçiliyi bərpa etmək istəyir
20:07 19.05.2026
Gündəm
Putin Çinə səfər edib
19:56 19.05.2026
Dünya
Tramp: Onlara daha bir böyük zərbə vurmalıyıq
18:59 19.05.2026
Dünya
ABŞ Avropadakı hərbçilərin sayını azaltmaqda davam edəcək
18:50 19.05.2026
Dünya
Goranboyda iki qadın qətlə yetirildi
18:18 19.05.2026
Hadisə
WUF14 2028-ci ildə Mexikoda keçiriləcək
18:02 19.05.2026
Dünya
Bakıda Xəzərlə bağlı xəbərdarlıq: Ciddi təhlükə...
17:26 19.05.2026
Cəmiyyət
Ermənistan baş nazirliyinə namizəd FSB əməkdaşı çıxdı - FOTO
17:24 19.05.2026
Region
Hörmüzdəki risklər dünyanın diqqətini Azərbaycana yönəldib - ŞƏRH
17:14 19.05.2026
Gündəm