Küçə uşaqları ilə bağlı qərar verildi

"Küçə uşaqları təhsilə cəlb ediləcək. Bu barədə bu gün jurnalistlərə açıqlamasında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Rəşad Tağıyev bildirib.

O deyib ki, birgə əməkdaşlıq çərçivəsində küçə həyatına məruz qalmış uşaqların təhsilə cəlb edilməsi və onların təhlükəsizliyinin təmin olunması məqsədilə təsirli tədbirlər görülür: "Təhsildən yayınan uşaqların məktəbə cəlb olunması ilə bağlı internet klublarda mütəmadi olaraq reydlər keçirilir. Qeyd olunan məsələlərlə bağlı bilavasitə məktəblərdə həmin uşaqlar və onların valideynləri ilə profilaktik işlər aparılır".