Lənkəranda falçının evindən 40 min oğurlandı

Lənkəranda falçı Mayisə kimi tanınan qadının evi qarət olunub.

Axar.az-ın əldə etdiyi məlumata görə, falçı Mayisənin evindən 40 min manat aparılıb. Oğurluq edən şəxsin kimliyi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.