LGBT bayrağını yandırdı, 16 il cəza aldı

ABŞ-ın Ayova ştatının sakini Adolf Martines yerli kilsənin LGBT bayrağını yandırdığına görə 16 il həbs cəzasına məhkum edilib.

Axar.az xəbər verir ki, bu məlumatı “Des Moines Register” yayıb. Məlumata görə, 30 yaşlı Martines üçüncü cinsin təhqiri və oddan məsuliyyətsiz istifadədə ittiham olunub.

Qeyd edək ki, iyun ayında Martines Məsih Eyms Birləşmiş Kilsəsinin qarşısında asılan LGBT bayrağını oğurlayaraq yandırıb.