Livanda şiələr etirazçılara hücum etdi

Livanın Hərəkət Amal şiə partiyasının tərəfdarları Tir şəhərində nümayişçilərin çadır düşərgələrinə hücum ediblər.

Axar.az xəbər verir ki, bu məlumatı Livan mətbuatı yayıb.

Məlumata görə, onlar nümayişçilərin bir qismini döyərək, çadırlarını yandırıblar. İnsident nəticəsində 3 nəfər xəsarət alıb.

Nümayişçiləri partiya tərəfdarlarından son anda hərbçilər xilas edib.