Makrondan Türkiyəyə ittiham: Cavab dərhal gəldi
09:20 30.01.2020
Aktual
487
Türkiyənin mövqeyi və Prezident Rəcəb Tayyib Ərdoğanın Berlindəki sözləri ilə ziddiyyət təşkil edən rəftarından dolayı narahatam. Axar.az xəbər verir ki, bunu Yunanıstan Baş naziri Kiriakos Miçotakisi Yelisey Sarayında qəbul edən Fransa Prezidenti Emmanuel Makron bildirib.
Şərqi Aralıq dənizindəki son proseslərə toxunan Makron Yunanıstan və Cənubi Kipr rəhbərliyini dəstəklədiyini vurğulayıb.
"Fransa və avropalı ortaqlarla Türkiyənin müdaxilələrini, provokasiyalarını, Liviya Milli Razılıq Hökuməti ilə Türkiyə arasında imzalanan müqaviləni müzakirə etdik və bunu şiddətlə qınayırıq", - Makron qeyd edib.
Makronun bu iddialarına cavab verən Türkiyə XİN rəsmisi Hami Aksoy bildirib ki, Paris Liviyadakı krizisə görə birbaşa məsuliyyət daşıyır:
“Makron Yunanıstan baş naziri ilə birgə keçirdiyi mətbuat konfransında bir daha öz qeyri-real ittihamlarını səsləndirməyə cəhd edib. Liviyada krizis 2011-ci ildən başlayıb ki, bunun da məsuliyyəti Fransanın üzərindədir. Heç kəsə sirr deyil ki, Paris Haftara qeyd-şərtsiz dəstəyi Liviyanın təbii resurslarına sahib olmaq üçün göstərir”.
Aksoy bildirib ki, Fransa da daxil olmaqla, bir sıra ölkələrin yardımı ilə Haftarın Liviyanın qanuni hökumətinə qarşı hərbi hücumu bu ölkənin ərazi bütövlüyü və suverenliyinə qarşı ən böyük təhdiddir.
“Berlin konfransında qəbul edildiyi kimi, siyasi həll prosesinin başlanması üçün daimi atəşkəs əldə edilməlidir. Əgər Fransa Berlin konfransının qərarına hörmət edirsə, ilk növbədə Haftara dəstəyi dayandırmalıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi