Maldivli müşahidəçi: “Seçicilər hər hansı narahatlıq olmadan səs verirdilər”
09:08 10.02.2020
Aktual
423
“Seçicilər hər hansı narahatlıq olmadan səs verirdilər”. APA-nın məlumatına görə, bunu Azərbaycanda parlament seçkilərini izləmiş Maldiv Seçki Komissiyasının üzvü Fuod Tofok deyib.
O bildirib ki, müşahidə missiyası Bakıda seçki məntəqələrinə baş çəkib:
“Doqquz fərqli ünvanda və ümumilikdə 11 seçki məntəqəsində müşahidələr aparmışıq. Biz səslərin sayılması prosesində də iştirak etmişik. Həmçinin, müşahidə apardığımız seçki məntəqələrində seçki prosesinin tamamilə başa çatmasını müşahidə etmişik. Ümumilikdə seçki prosesi çox axıcı keçmişdi.
Hava şəraitinin soyuq olması seçici fəallığına təsir göstərirdi. Buna baxmayaraq, seçkilərdə insanların iştirakı kifayət qədər yaxşı idi”.
Fuod Tofok qeyd edib ki, seçki məntəqələrini həm daxildən, həm də xaricdən müşahidə ediblər:
“Kənardan heç bir şəxsin seçicilərlə təmas qurmağa çalışmasına şahid olmadıq. Rəsmi şəxslərlə də ünsiyyətdə olmuşuq. Bu zaman istər yerli müşahidəçilər, istərsə də komissiya üzvləri seçki prosesinin axıcı, rəvan olması üçün çalışırdılar.
Olduğumuz hər bir seçki məntəqəsində ən az bir nəfər tərcüməçi var idi. Həmin insanlar bizim qarşı tərəflə ünsiyyət qurmamıza köməklik göstəriblər. Seçki prosesində iştirak edən şəxslər beynəlxalq müşahidəçilərin burada iştirakını yüksək qiymətləndirirdilər və bizi gülərüz qarşılayırdılar”.
Fuod Tofok nəzərə çatdırıb ki, Azərbaycan MSK seçkilərlə bağlı yüksək təşkilatçılığı və yaxşı hazırlığı ilə seçilib:
“Biz bağlanış zamanı 23 saylı seçki dairəsinin 22 saylı məntəqəsində olduq. Xüsusilə qeyd edim ki, 19:00-da proses tamamilə dayandırılmışdı. Artıq heç kim seçki məntəqəsinə daxil ola bilmirdi. Bu, çox müsbət haldır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat
NBC: Demokratlar Nümayəndələr Palatasında 258 yer qazana bilər
14:42 04.11.2026
Aktual