Məhkəmə ehtiyatsızlıqdan həmkəndlisini öldürən çobanla bağlı qərar verdi
14:36 28.01.2020
Aktual
532
Ali Məhkəmədə ehtiyatsızlıqdan adam öldürmədə təqsirləndirilən Saleh Tağıyevin barəsində olan hökmdən zərərçəkmişin hüquqi varisi tərəfindən verilən kassasiya şikayətinə baxılıb.
Hakim Əli Seyfəliyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, zərərçəkmişin hüquqi varisinin kassasiya şikayəti təmin edilməyib.
Qeyd edək ki, hadisə 2016-cı ilin dekabr ayının 14-də Kürdəmir rayonunun Sovla kəndi ərazisində baş verib.
Belə ki, kəndin otlaq sahəsində Sovla kənd sakini S.Tağıyevin ehtiyatsızlığı nəticəsində tüfəngdən açdığı atəşlə həmkəndlisi Anar Kərimova xəsarət yetirib. Xəstəxanaya yerləşdirilən A.Kərimov orada ölüb. (Oxu.Az )
Kürdəmir Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində S.Tağıyev tutulub, ondan müvafiq sənədləri olmayan “TOZ-16” markalı tüfəng götürülüb.
Onun barəsində Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
Kürdəmir Rayon Məhkəməsinin hökmü ilə S.Tağıyev iki il altı ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan zərərçəkmişin hüquqi varisi Şirməmməd Kərimov apellyasiya şikayəti verib. Şirvan Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib. Daha sonra Ş.Kərimov kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət