
Məşum olay! - Gənc qadını hissələrə ayırdılar... – “Bu, qadın cinayətinə oxşamır”
Məşum olay! - Gənc qadını hissələrə ayırdılar... – “Bu, qadın cinayətinə oxşamır”
Yusif Nəzərli
15:45 09.03.2022
Aktual
916
Ötənlərdə Qəbələ rayonunda zibil yeşiyindən gənc qadının hissələrə ayrılmış meyiti tapılıb.Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırmalar aparılıb. Nəticədə meyitin1999-cu il təvəllüdlü Aytac Əliyevaya məxsus olduğu müəyyən edilib.Aparılmış araşdırmalarla Qəbələ rayonu ərazisində Kemale Maksumbekovanın 2008-ci il təvəllüdlü azyaşlı oğlu ilə birlikdə şəxsi münasibətlər zəminində A.Əliyevanın baş nahiyəsinə daşla xəsarət yetirdikdən sonra yapışqanla baş və boyun nahiyəsini bağlaması nəticəsində boğularaq ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Qəbələ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.Kemale Maksumbekova şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

“Təmiz Dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova hadisə ilə bağlı “Sherg.az”a danışarkən bildirib ki, belə bir əməl törətmək üçün ağır qatil olmaq lazımdır və bu qadın cinayətinə oxşamır:
“Məsələ ilə əlaqədər hansısa fikir söyləmək həqiqətən çətindir. Bir var adi qətl, bir də var planlı şəkildə törədilmiş. Hələ uşağın da bu işə cəlb olunması ikinci bir dəhşəhdir. Biz övladlarımızı hər cür travmadan qoruyuruq. Uşağın prosesdə iştirakı onun psixologiyasında da ciddi fəsadlara yol açıb.Azyaşlının anası tərəfindən belə bir cinayətə cəlb olunması bizdə cinayətin bir qadın tərəfindən törədilməsinə dair şübhələri daha da artırır”.
M.Zeynalovanın fikrincə, hadisənin məzmununa diqqət etmək lazımdır:
“Cəmiyyətdə şayiələr gəzir ki, cinayəti törədən qadın öldürülən şəxsin ərinin sevgilisinin rəfiqəsi olub. Kişinin sevgilisi bunu etmiş olsa, ən azından deyərdik ki,qısqanclıq zəminində edib.Amma ərin sevgilisinin rəfiqəsi bunu niyə etsin axı?! Həqiqətənmi aramızda bu cür psixi problemli insanlar var.Mən cinayətkara bəraət qazandırmıram və heç bir cinayətin də cəzasız qalmasının tərəfdarı deyiləm. Amma bu prosesdə olduqca sual doğuran məqamlar var.Hər halda istintaqın nəticələrini gözləmək lazımdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi
Rusiya son nöqtəni qoydu: AB danışıqlarda olmayacaq
19:12 28.10.2026
Dünya
Türkiyə-Azərbaycan əməkdaşlığına dair məsələlər müzakirə edildi
18:36 28.10.2026
Gündəm