
Millət Vəkili: Koçaryan tarix və Azərbaycanın ədalət məhkəməsi qarşısında cavab verəcək
13:38 20.05.2025
Aktual
479
Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın son müsahibəsi bölgədə və Ermənistan daxilində mühüm siyasi rezonans doğurub. Açıqlamasında Köçəryan Ermənistanın yeganə xilası kimi Rusiyanı göstərərək, Moskva ilə sıx ittifaqa çağırış edib. Bu mövqe, Ermənistanın müstəqilliyi və qərbyönümlü siyasət yürütmək cəhdləri fonunda ciddi suallar doğurur. Köçəryanın bu bəyanatı Ermənistanın qarşıdan gələn parlament və ya prezident seçkiləri fonunda daha da təhlükəli görünür. Müşahidəçilər bu çıxışı seçki öncəsi ictimai rəyin formalaşdırılmasında bir vasitə kimi qiymətləndirirlər. Rusiyameyilli qüvvələrin aktivləşməsi və Moskvanın informasiya resursları üzərindən göstərdiyi təsir, Ermənistanın daxili siyasi sabitliyini zəiflətməkdədir. Köçəryanın açıqlaması Ermənistan daxilində seçki mübarizəsinin sərtləşəcəyindən xəbər verir. Onun “xilas yolu” kimi göstərdiyi Moskva modeli, əslində, Ermənistanın siyasi muxtariyyətini daha da məhdudlaşdırmağa xidmət edir.
Millət vəkili, Azərbaycan-Qırğızıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Musa Quliyev Sherg.az-a bildirib ki, Koçaryanın hansı ölkənin tulası olmasından asılı olmayaraq, o bir cinayətkardır:

“Koçaryan tarix və Azərbaycanın ədalət məhkəməsi qarşısında cavab verəcək. Onun ədalət qarşısında cavabı və məhkum olacağı gün də uzaqda deyil. Ermənistanda rusiyayönümlü revanşist qüvvələrin fəallaşması da yeni bir məsələ sayılmır. Yəni Paşinyan hakimiyyətə gələndən sonra onların fəallaşması zaman-zaman özünü göstəribdir. Burada əslində Paşinyan, Koçaryan və Serj Sarkisyan mübarizəsi gedir. Amma Ermənistan əhalisi xilasın harada olduğunu dərk edirlər. Onlar bilirlər ki, revanşistlərin yenidən hakimiyyətə qayıtması Ermənistan üçün yenidən fəlakətin başlaması deməkdir. 44 günlük müharibədən sonra ermənilər dəmir yumruğun da gücünü görüblər. Onlar hesab etməlidirlər ki, Ermənistanın xilası Azərbaycan-Türkiyə və bölgə dövlətləriylə sülh, əməkdaşlıq şəraitində yaşamaq ilə bağlıdır. Ermənistanın başqa xilas yolu yoxdur. Ermənistan bir dövlət kimi mövcud olmaq istəyirsə, əməkdaşlıq yoluna getməlidir. Köçəryan isə son dövrlər Paşinyanın onlara qarşı ittihamlarını neytrallaşdırmaq və həbs təhlükəsindən yayınmaq üçün belə bleflər edir və Rusiyanı gündəmə gətirir. Təbii ki, Rusiyanın hazırda Cənubi Qafqazda maraqları var. Bu maraqlar naminə Rusiya tərəfi Ermənistandan zaman-zaman istifadə edib. Belə niyyətlər bundan sonra da olacaqdır. Amma reallıq onu göstərir ki, indi Rusiya Ukraynayla münasibətlərini tam aydınlaşdırmadan Ermənistanla özünə əlavə bir problem yaratmaqda maraqlı deyil. Buna görə də ən doğru yol Ermənistanın qısa müddət ərzində referendum keçirməsi, Azərbaycana qarşı ərazi iddialarını ləğv etməsi və Azərbaycanla davamlı sülh müqavirləsini imzalamaqdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Cəlilabadda tapılmış daş kürənin analiz nəticələri məlum oldu
21:21 23.08.2026
Tarix
“Mançester Siti”dən 18 ildən sonra ilk...
20:27 23.08.2026
Futbol
ABŞ-ın sanksiyaları təkrarlanan film kimidir - Arakçı
18:39 23.08.2026
Region
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi