
Molla rejimi erməni vandallığına “göz yumub”
Yusif Nəzərli
13:35 05.11.2022
Aktual
523
"Hər şey göz qabağındadır. Necə deyərlər, elin gözü tərəzidir. Cəmiyyətimiz, insanlarımız İranın ermənipərəst siyasətinə qiymət vermək iqtidarındadır".
Bu sözləri "Sherg.az"a açıqlamasında politoloq İlqar Vəlizadə deyib. Onun sözlərinə görə, bu davranışlar molla rejiminin anti-Azərbaycan mövqeyinin təzahürüdür:

"Təəssüf ki, İran siyasi rəhbərliyi bütün addımları ilə Ermənistan maraqlarının rəsmi Tehran hakimiyyəti üçün hər şeydən üstün olduğunu deməyə çalışır.
Cənub qonşumuz müharibə zamanı rəsmi İrəvanla bağlı heç bir ciddi və sərt açıqlamalar verməyib. Düşmən ölkə həm öz ərazisində, həm də işğal olunmuş torpaqlarda Azərbaycanın tarixi abidələrini dağıdıb. Lakin molla dövləti buna reaksiya verməyib.
Həmin əməllər əfsuslar olsun ki, indi də davam etdirilir. İranda çoxmilyonlu Azərbaycan əhalisi yaşayır. Güneyli soydaşlarımız məlum siyasətdən narahatdırlar.
Ara-sıra öz etiraz səslərini ucaldırlar. Bu da Tehran rejiminin siyasi dairələrinin apardığı siyasətin öz xalqının mənafeyinə belə xidmət etmədiyi anlamına gəlir".
Qeyd edək ki, İran parlamentinin sədri Məhəmməd Baqir Qalibafın Azərbaycana gözlənilən səfəri təxirə salınıb. Səbəb isə göstərilməyib. Rəsmi Tehran tərəfi son anda səfərdən imtina edir, amma rəsmi İrəvanla qarşılıqlı səfərlərinin sayı artır. Molla rejimi əli müsəlmanların qanına batan Ermənistan rəsmilərinə qucaq açır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çində süni intellekt səfərbərliyə cəlb ediləcək
04:24 02.09.2026
Maraqlı
“Tottenhem” Mudriki “Çelsi”dən icarəyə götürüb
03:49 02.09.2026
Futbol
Təcavüzdə ittiham olunan şahzadənin anası kraliça oldu
03:13 02.09.2026
Şou
Böyük sinəli qadınlarda bu təhlükəli vəziyyət ola bilər
02:32 02.09.2026
Sağlamlıq
SEPAH: ABŞ-nin MQ9 PUA-sı zərərsizləşdirilib
01:58 02.09.2026
Region
SEPAH: İordaniyadakı ABŞ bazası ballistik raketlərlə vurulub
01:21 02.09.2026
Son dəqiqə
Putindən Ermənistana: İstəsəniz, sabah oradan çıxa bilərik!
00:59 02.09.2026
Region
İran Hörmüz boğazının bağlandığını elan edib
23:40 01.09.2026
Region
Qızıl yenidən ucuzlaşdı
23:23 01.09.2026
İqtisadiyyat
Putin Paşinyanla razılaşmadı, sözünü kəsdi
21:54 01.09.2026
Gündəm
İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilib
20:44 01.09.2026
Gündəm
Bakıda qardaş və bacı bir-birini bıçaqladı
20:30 01.09.2026
Hadisə