Molotovun nəvəsi: "Avropa Birliyi Hitler koalisiyasıdır"

Avropa Birliyi keçmişdəki Hitler koalisiyasıdır.

Axar.az xəbər verir ki, bunu Rusiya Dumasının Elm və Təhsil Komitəsinin sədri, SSRİ Xarici İşlər naziri Vyaçeslav Molotovun nəvəsi Vyaçeslav Nikonov Federasiya Şurasında keçirilən dəyirmi masada çıxışı zamanı deyib.

“SSRİ-nin faşist Almaniyası qədər İkinci Dünya müharibəsinə görə məsuliyyət daşıdığını bildirirlər. Britaniya AB-dən çıxdıqdan sonra AB-də praktik olaraq nasistlər tərəfindən tutulan, faşist Almaniyası ilə ittifaqa girən heç bir ölkə qalmayıb. Bütün Avropa Birliyi keçmişdəki Hitler koalisiyası və ya onun qarşısında baş əyənlərdir. Burada Hitlerə müqavimət göstərən heç bir ölkə olmayıb. Fransa da həmçinin məğlub edilib və onun zavodları Almaniya üçün çalışırdı. Bizə hücum edənlər, Hitlerlə birgə olanlar bizə Osventsimi azad etməyimiz gərəkdiyini, bərabər məsuliyyət daşıdığımızı deyirlər”, – deyə o bildirib.