Morales devrildi, Tramp qadağanı ləğv etdi

ABŞ Prezidenti Donald Tramp 2020-ci maliyyə ilində Boliviyaya ediləcək yardıma qoyduğu qadağanı ləğv edib.

Axar.az xəbər verir ki, bu məlumatı Ağ Ev yayıb.

Qeyd edək ki, ABŞ Boliviyaya maliyyə yardımını eks-prezident Evo Moralesin dönəmində dayandırmışdı.

Bir müddət öncə Boliviya hərbçilərinin təzyiqi altında Morales vəzifəsini tərk edib. Morales Meksikadan siyasi sığınacaq alıb.