Morales Kubaya getdi

Boliviya Prezidenti Evo Morales Meksikadan Kubaya uçub.

Axar.az xəbər verir ki, bu barədə məlumatı öz Tvitter səhifəsində Meksika Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Roberto Velasko paylaşıb. O, Moralesin səfərinin müvəqqəti olduğunu bildirib.

“RİA Novosti” agentliyi isə Moralesin Kubaya tibbi konsultasiyalar üçün getməsinə dair məlumat yayıb.