MSK katibi bildiriş ala bilməyən seçicilərə çağırış etdi
10:17 31.01.2020
Aktual
508
Fevralın 2-dək Məntəqə Seçki Komissiyaları tərəfindən səsvermənin keçirilmə tarixi, vaxtı və yeri (seçki məntəqəsinin ünvanı) barədə bildirişlərin seçicilərə paylanması başa çatmalıdır. Bu barədə “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı”nda qeyd edilib.
Bəzi seçicilər isə hələ də bildirişləri almayıblar.
Mərkəzi Seçki Komissiyasının (MSK) katibi Mikayıl Rəhimov Oxu.Az-a açıqlamasında deyib ki, bildiriş ala bilməyən seçicilər müvafiq Məntəqə Seçki Komissiyası ilə əlaqə saxlayıb bildirişləri götürə bilərlər.
“Vətəndaşlar hansı məntəqədə səs verəcəklərini bilirlərsə, bildiriş gəlməsini gözləməli deyillər. Kimsə evində yoxdursa, onu hökmən harada olsa axtarıb tapıb bildiriş verilməlidir” - deyə M.Rəhimov söyləyib.
MSK katibinin sözlərinə görə, bildiriş seçiciyə səs hüququndan istifadə üçün xüsusi status vermir.
“Vətəndaş bilirsə ki, seçkidir, səsvermə hüququndan istifadə etməlidir. Kimdəsə bildiriş yoxdursa, kiməsə bildiriş gəlməyibsə, bu o demək deyil ki, həmin adam səsverməyə getməməlidir. Getməlidir, seçici siyahısında adını axtarmalıdır, səsvermə günü səsini verməlidir”.
Qeyd edək ki, Azərbaycanda bu il fevralın 9-da Milli Məclisə növbədənkənar seçkilər keçiriləcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi