MSK-nın 115 saylı "Qaynar xətt"inə bu ana qədər şikayət daxil olmayıb

"Seçicilərin bu vaxta qədər olan fəallığı qənaətbəxş sayıla bilər".

Serq.az-ın xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini Rövzət Qasımov deyib. Onun sözlərinə görə, belə hava şəraitində seçicilər fəallıq göstərirsə, bu, seçkiyə marağın böyük olduğundan xəbər verir.

R.Qasımov qeyd edib ki, MSK-nın 115 saylı "Qaynar xətt"inə bu ana qədər olan müraciətlər sorğu xarakterli olub və şikayət daxil olmayıb.