MSK sədrindən xəbərdarlıq: “Cəzalandıracağıq”

“Öz vəzifəsinin öhdəsindən gələ bilməyən aşağı seçki komissiyalarını cəzalandıracağıq, onlar buraxılacaq”.

Oxu.Az-ın məlumatına görə, bunu keçirdiyi mətbuat konfransında Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib.

Onun sözlərinə görə, hər hansı bir komissiya üzvünün xoşagəlməz əməllərinin olmasına göz yumula bilməz: “Xüsusilə də bilərəkdən səhv etmələrinə göz yummaq olmaz. Biz Seçki Məcəlləsinin verdiyi imkanlardan istifadə edəcəyik. Lazım gəlsə, hüquq-mühafizə orqanlarına da müraciət edəcəyik”.