Müharibə ehtimalı: Türkiyədə müasir sığınacaqların tikintisinə başlanıldı
13:19 26.08.2025
Aktual
641
81 vilayətdə müasir sığınacaqlar inşa etmək üçün hərəkətə keçib. Bu çərçivədə vətəndaşların müharibə, təbii fəlakət və nüvə sızması kimi hallarda sığınmaları üçün müasir sığınacaq işlərinə başlanılıb.
Sherg.az xəbər verir ki, Türkiyədə hökumət bölgədəki müharibə və gərginliklər səbəbilə müxtəlif ssenariləri gündəmə gətirib. Məqsəd, mümkün müharibə və fəlakət hallarında mülki şəxslərin qoruna biləcəyi ərazilər yaratmaqdır.
Yaxın Şərqdə son baş verən müharibə və gərginliklər zamanı Türkiyənin sığınacaq infrastrukturu müzakirəyə çıxarılıb.
Məlumata görə, Çevrə, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyi Türkiyə üzrə genişmiqyaslı işlərə başlayıb.
Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi Kabinə toplantılarında da gündəmə gətirilən məsələdə Türkiyədə sığınacaq infrastrukturunun yetərsiz olduğu və mövcud sığınacaqların tələblərə cavab vermədiyi vurğulanıb.
İsrail, Yaponiya və İsveçrə nümunə göstərildi
Dünya təcrübələrinin də araşdırıldığı layihədə İsrail, Yaponiya və İsveçrə nümunələrinə diqqət çəkilib. Kabinə toplantısında TOKİ-nin 81 vilayətdə sığınacaq tikməsinə qərar verilib.
NTV-nin əldə etdiyi məlumata görə, Ankara başda olmaqla bəzi şəhərlərdə tikinti işlərinə başlanılıb.
Sığınacaqlar fəlakət və böhran vəziyyətlərində tez çatılacaq dayanıqlı tikililər olacaq. Bununla Türkiyənin hər bölgəsində vətəndaşların təhlükəsizliyi artırılacaq.
Türkiyədə sığınacaq ehtiyacına dair tənzimləmələr yeni deyil.
1987-ci ildə qüvvəyə minmiş Sığınacaq Qanununa görə, müəyyən ölçüdə olan binalarda sığınacaq tikilməsi məcburidir. Lakin tətbiqdə bu məcburiyyət böyük ölçüdə laqeyd edilib.
Bir çox çoxmənzilli binalarda sığınacaq üçün ayrılan yerlər ya avtodayanacaq, ya da anbar kimi istifadə olunur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Neslihan Atagül kitab çıxardı
04:50 11.11.2026
Şou
Süd verən analar, diqqət! - "Skuşonka”, “mürəbbəli çay”...
04:14 11.11.2026
Sosial
Ümid edirik ki, bu ölkə TDT-yə üzv olacaq
02:57 11.11.2026
Aktual
Kenan Yıldız Lamin Yamalla müqayisə olundu
01:30 11.11.2026
Futbol
Qalibaf: Müctəba Xamenei Çinlə əlaqələrə dair tapşırıqlar verib
01:11 11.11.2026
Region
Hegseth impiçment cəhdini “siyasi tamaşa” adlandırıb
00:53 11.11.2026
Aktual
Moldova səfiri Rusiya XİN-ə çağırıldı
00:31 11.11.2026
Son dəqiqə
Rusiyaya təklifləri çatdırdıq, gözləyirik - Sibiqa
23:33 10.11.2026
Gündəm
ABŞ istehsalı olan 4 raketi vurduq – Rusiya ilk dəfə açıqladı
23:18 10.11.2026
Dünya
Rubio: İran tezliklə neft ixrac etmək qabiliyyətini itirəcək
23:00 10.11.2026
Dünya
"Sabah" "Trabzonspor"u məğlub etdi
22:07 10.11.2026
İdman
Oman sahillərində tanker vuruldu
21:34 10.11.2026
Gündəm
Rezai: İranla ABŞ arasında danışıqlar aparılmır
21:17 10.11.2026
Region
İsraildə 120 deputat and içdi
21:01 10.11.2026
Dünya
Fatih Terim MHP sədri Dövlət Baxçalını ziyarət edib
20:23 10.11.2026
Gündəm