Müharibə onların sonunun başlanğıcı olacaq
03:26 18.03.2021
Aktual
597
Ermənistan bu ordusu ilə Azərbaycanın indiki gücünün qarşısında duruş gətirə bilməz
"Ermənistan ehtimal olunan müharibəyə hazırlıq aparmalıdır". Bunu ölkənin Müdafiə nazirinin müavini Arman Sarkisyan parlamentdəki brifinqdə deyib. Onun sözlərinə görə, hazırda heç kim birmənalı olaraq yeni müharibə olacağını deyə bilməz. Amma müharibə başlayacağı təqdirdə dövlət bütün lazımi tədbirləri görməlidir: "Son 30 ilin tarixini nəzərə alaraq hər saniyə müharibəyə hazır olmalıyıq. İndi bu məsələni səsləndirməyə və çaxnaşma yaratmağa ehtiyac yoxdur".
Mövzuya münasibət bildirən politoloq İlyas Hüseynov "Şərq"ə açıqlamasında bildirib ki, 44 günlük müharibədə aldığı sarsıdıcı zərbələrdən sonra Ermənistanda bir sıra müxalif siyasətçilər, eləcə də hakimiyyət daxilində olan bəzi revanşist qüvvələrin yeni müharibənin olmasının çıxış yolu kimi görməsi absurddur. Çünki Ermənistanın Vətən müharibəsi zamanı həm canlı qüvvəsi, həm də texnikasının əhəmiyyətli hissəsi sıradan çıxıb və döyüş qabiliyyətini itirib:
"Bu ordu ilə Azərbaycanın müasir texnologiyası, ordu potensialı qarşısında tab gətirəcəyini düşünmürəm. Təbii ki, Ermənistan tərəfinin revanşist litorikaya sadiq qalması və ya müharibə çağırışları etməsi çıxış yolu deyil. Çünki əgər Ermənistan sülhü və təhlükəsizliyi təhdid altına qoyarsa və bölgədə yeni müharibəyə hazırlıq ilə bağlı addımlar atarsa, onda Azərbaycan tərəfi ciddi addımlar atacaq.
Azərbaycanın atdığı addımlar, eyni zamanda həyata keçirilən hərbi əməliyyatlar çox tez bir zamanda bizim böyük məqsədlərə çatmağımıza səbəb ola bilər. Ermənistan tərəfinin bəzi qüvvələrin dəstəyinə arxanalaraq bu cür çıxışlar etməsi də qəbuledilməzdir. Çünki hazırda əsas tezis bundan ibarətdir ki, müharibə arxada qalıb. Bölgədə sülhün dayanıqlığını təmin etmək üçün addımlar atılmalıdır. İqtisadi prioritetlər müəyyənləşdirilməlidir və birgə yaşayışın ümumi konturları formalışdırılmalıdır".
İ.Hüseynov əlavə edib ki, ermənilər bilməlidirlər ki, Azərbaycan torpaqlarını işğal etmək təfəkkürü ilə nəyəsə nail olmaq mümkün deyil:
"Bunu Ermənistanda həm hərbi rəhbərlikdə duran şəxslər, həm də siyasətçilər başa düşməlidirlər. Çünki Ermənistanda döyüşmək üçün bir qüvvə yoxdur. Eyni zamanda bunu həyata keçirmək üçün texnika və ya canlı qüvvə kasadlığı da var. Kimlərinsə köməyinə ümid edərək, yeni müharibə kampaniyasına başlamaq Ermənistanın hərbi, siyasi intiharı kimi dəyərləndiriləcək və Azərbaycan tərəfi də lazım olanı edəcək. Bu müharibə isə Ermənistanın sonunun başlanğıcı olacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İran Hörmüz boğazının tamamilə bağlandığını elan edib
01:21 07.09.2026
Region
Ukrayna çıxılmaz vəziyyətdədir - Saks
00:40 07.09.2026
Aktual
Zelenski yenidən Donbasdan imtina etməyəcəklərini açıqladı
23:37 06.09.2026
Aktual
"Amazon"un yük təyyarəsi qəzaya uğradı
23:15 06.09.2026
Dünya
Rusiyada 10 alpinist itkin düşdü
22:54 06.09.2026
Region
Şevçenko İrəvana gəldi, Simonyanın toyuna...
22:33 06.09.2026
Cənubi Qafqaz
Şəmkirdə evdə 35 yaşlı kişinin meyiti tapılıb
22:12 06.09.2026
Gündəm
Uitkoff: Tramp Ukrayna münaqişəsinin diplomatik həllinə çalışır
21:30 06.09.2026
Aktual
İsrail ordusu qəfil təlimlərə başladı
20:33 06.09.2026
Dünya
Göygöldə 50 yaşlı kişinin meyiti tapılıb
20:16 06.09.2026
Hadisə
ABŞ İranla yeni nüvə sazişi bağlamaya bilər
19:22 06.09.2026
Dünya
Rusiyadan Honq Konqa qızıl tədarükü rekord həddə çatıb
19:06 06.09.2026
İqtisadiyyat
Milli Məclisin sədri ABŞ-a işgüzar səfər edib
18:30 06.09.2026
Siyasət
İnfantino yenə prezident olmaq istəyir
18:12 06.09.2026
Futbol
Budanov: “Avropa üçlüyü”nün nümayəndələri Kiyevə gəlib
17:21 06.09.2026
Son dəqiqə