"Müzakirələr davam etsə, Suriya böhranına son
qoyulacaq"
Yusif Nəzərli
06:23 26.05.2023
Aktual
440
Yaxın vaxtlarda Türkiyə, Rusiya, İran və Suriya prezidentləri arasında görüş baş tuta bilər. Bununla bağlı Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın Ankara-Dəməşq arasında münasibətlərin normallaşdırılması planının hazırlanmasını şərh edərkən bildirib. O qeyd edib ki, iki həftə əvvəl Moskvada nazirlər səviyyəsində görüş baş tutub: “Hələlik nazir müavinləri səviyyəsində gələcək təmaslar davam edəcək. Tezliklə, danışıqlar konkret nöqtəyə çatdıqda və qərarlar qəbul edildikdə, irəliləmək mümkün olacaq. Liderlər səviyyəsində müzakirə olunacaq suallar var. Tezliklə belə bir görüşün baş tutacağını deyə bilərəm”. İ.Kalının sözlərinə görə, Suriya məsələsi bağlanmalı, orada müharibə dayanmalı və dünya buna öz töhfəsini verməlidir.
Siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev "Sherg.az"a bildirib ki, Suriya problemini gündəmə gətirən ABŞ olub. Professorun sözlərinə görə, Amerika Yaxın Şərqi tamamilə öz əlinə keçirmək üçün İraqdan sonra Suriyanı hədəf almışdı:
"ABŞ İraqda xeyli əsgərini itirmişdi və əməliyyatlar ciddi reaksiya doğurmuşdu. O baxımdan qərara aldı ki, Suriyanı öz içindən dağıtsın. Bunun da yolu ölkədəki bəzi qruplaşmaları üz-üzə qoymaq, aralarında qarşıdurma yaratmaq idi. Vaşinqton öz istəyinə nail oldu və İŞİD adlı terror təşkilatı yaratdı və bölgəni qarışdırdı. Təbii ki, Rusiyanın da Suriyada öz maraqları var, çünki orada hərbi bazaları yerləşir. Suriyanın, İraqın şimalı isə Türkiyə üçün əhəmiyyət kəsb edir. Bölgədə türkmənlər yaşadığı üçün sözügedən ərazi Türkiyənin cənub-şərq sərhədlərinin təhlükəsizliyi üçün bir növ qarant rolunu oynayır. İran isə Suriyadan daha çox İsrailə qarşı istifadə etmək üçün yararlanır. Hizbullahçılar Suriyada da kök salıblar. İran Suriyada artıq bir dövlətdir, olmaması gərəkən bir ölkədir. İran tətikləyici statusda çıxış edir, bir növ Amerikanın mövqeyini dəstəkləyir. Bu da bölgədə sülh prosesini gecikdirir. Eyni zamanda yeni təhdidləri gündəmə gətirir".
C.Nuriyev vurğulayıb ki, Suriya ilə bağlı dördtərəfli görüşlərin keçirilməsi vacibdir:
"Moskva görüşündən sonra ölkələr arasında İşçi qruplar yaradıldı, ilkin razılıq üçün çərçivə sənədlər hazırlandı. Hər tərəf öz marağını təmin etməyə çalışır və təbii olaraq problemə birdəfəlik son qoymaq istəyirlər. Suriya qaçqınlarının ən çoxu Türkiyədə cəmləşib və qardaş ölkədə kifayət qədər gərginlik yaradıb. Narazılıqlardan sonra suriyalı qaçqınların əhəmiyyətli hissəsi Türkiyənin yardımı ilə Suriyaya təhlükəsiz bölgəyə geri qaytarılıb. Fikrimcə, müzakirələr davam edərsə, yaxın üç ay ərzində məhz Türkiyənin birbaşa iştirakı ilə Suriya böhranına son qoyulacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya hərbi nümayəndə heyəti Suriyaya gedib
19:42 04.02.2026
Dünya
“Washington Post” əməkdaşların kütləvi ixtisarına başlayır
19:30 04.02.2026
Media
Ürək köçürülməsi tarixi uğurdur, ancaq... - TƏHLİL
19:24 04.02.2026
Sağlamlıq
Türkiyə Rusiyanı Suriyadan uzaqlaşdırır - Uilson
19:22 04.02.2026
Dünya
Media buraxılmırsa, deməli ciddi razılaşma yaxındır - Ekspert
19:08 04.02.2026
Gündəm
Prezident: Hazırda Ermənistanla ticari münasibətlərimizi artırırıq
18:37 04.02.2026
Dünya
Son 4 ayda 4 rekord: Mask dünyada ilkə imza atdı
18:24 04.02.2026
Dünya
Türkiyə üçün Pəhləvinin önə çıxarılması risklidir - RƏY
18:19 04.02.2026
Gündəm
Mehriban Ələkbərzadəyə vəzifə verildi
17:42 04.02.2026
Media
“Sərhəddə gərginlik yox, sülh üstünlükdədir” - ŞƏRH
17:39 04.02.2026
Gündəm
Tramp İranla danışıqları dayandıra bilər
17:23 04.02.2026
Gündəm
Rusiyadakı soydaşlarımız böyük risk altındadır - Fuad Abbasov
17:08 04.02.2026
Gündəm
İranda xaşxaş əkininə icazə verildi
17:01 04.02.2026
Region