NATO BAŞ KATİBİ TÜRKİYƏDƏ
08:16 04.11.2022
Aktual
342
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi dəvəti ilə Türkiyədə səfərdə olan NATO-nun baş katibi Jens Stoltenberq və Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlunun İstanbulda birgə mətbuat konfransı keçirildi.
Xarici İşlər naziri Çavuşoğlu ilk öncə mart ayında keçirilən Antalya Diplomatik Forumunda iştirakına görə NATO baş katibinə təşəkkür etdi, daha sonra bu günkü toplantıda Madrid Zirvəsində alınan qərarların müzakirə edildiyini bildirdi: Madrid Zirvəsinin önəmli məsələləri terrorla mübarizə, Egedəki durum və Finlandiya ilə İsveçin NATO-ya üzv qəbul edilməsidir. Türkiyə hər zaman NATO-nun genişlənməsinə, güclənməsinə və fəaliyyətinə öz töhfələrini vermişdir. Hələ də davam edən Rusiya Ukrayna savaşında biz Ukraynanın torpaq bütünlüyünü, müstəqilliyini və suverenliyini Türkiyə olaraq güclü bir şəkildə dəstəkləyirik, çünki işğala məruz qalan Ukrayna torpaqlarıdır, onun üçün də onlara adil davranmaq lazımdır. Ukraynadan taxıl ixracatında yaranan sıxıntı isə cənab prezident Rəcəb Tayyib Ərdoğanın liderliyində danışıqlar yoluyla çözüldü və bu prosesin davamlı olması üçün səylərimizi davam etdirəcəyik.
NATO baş katibi Stoltenberq isə ilk öncə Rusiya-Ukrayna savaşında Türkiyənin mövqeyi və Ukraynaya verdiyi dəstək üçün Türkiyəyə təşəkkür etdi və bildirdi ki, bu savaşda Türkiyənin PUA-ları Ukraynaya çox böyük dəstək oldu, amma İranın Rusiyaya yardımlarını da açıq aydın görürük. Taxıl anlaşmasında da Türkiyənin vasitəçiliyini yüksək qiymətlindirən NATO baş katıbı prezident Ərdoğanın bu istiqamətdə səylərini yüksək qiymətləndirdi. O, həmçinin bu ilin iyun ayında keçirilən Madrid Zirvəsində Türkiyənin İttifaqı dəstəklədiyi üçün cənab nazirə təşəkkür etdi və bu günkü müzakirələrin gələcək proseslər üçün çox əhəmiyyətli olduğunu vurğuladı.
Yaqut Misirxanlı,
İstanbuldan xüsusi olaraq “Şərq” qəzeti üçün
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çində süni intellekt səfərbərliyə cəlb ediləcək
04:24 02.09.2026
Maraqlı
“Tottenhem” Mudriki “Çelsi”dən icarəyə götürüb
03:49 02.09.2026
Futbol
Təcavüzdə ittiham olunan şahzadənin anası kraliça oldu
03:13 02.09.2026
Şou
Böyük sinəli qadınlarda bu təhlükəli vəziyyət ola bilər
02:32 02.09.2026
Sağlamlıq
SEPAH: ABŞ-nin MQ9 PUA-sı zərərsizləşdirilib
01:58 02.09.2026
Region
SEPAH: İordaniyadakı ABŞ bazası ballistik raketlərlə vurulub
01:21 02.09.2026
Son dəqiqə
Putindən Ermənistana: İstəsəniz, sabah oradan çıxa bilərik!
00:59 02.09.2026
Region
İran Hörmüz boğazının bağlandığını elan edib
23:40 01.09.2026
Region
Qızıl yenidən ucuzlaşdı
23:23 01.09.2026
İqtisadiyyat
Putin Paşinyanla razılaşmadı, sözünü kəsdi
21:54 01.09.2026
Gündəm
İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilib
20:44 01.09.2026
Gündəm
Bakıda qardaş və bacı bir-birini bıçaqladı
20:30 01.09.2026
Hadisə