Navalnının ölümündə müəmmalı məqamlar çoxdur -ŞƏRH
Yusif Nəzərli
03:38 23.02.2024
Aktual
570
Nəticələrin Putinə yox, həm Qərbdə, həm də Rusiya daxilində Putinə qarşı olanlara sərfəli olduğu ehtimalı daha güclü görünür
“Navalnının ölümündə “yerinə oturmayan daşlar” var. Rusiyada prezident seçkilərinə hazırlıq öncəsi onun öldürülməsi Putinə “başağrısından” başqa heç nə vermir”
ABŞ müxalifət lideri Aleksey Navalnının həbsxanada ölümü ilə əlaqədar fevralın 23-də Rusiyaya qarşı yeni sanksiyalar elan etməyi planlaşdırır. Bu sözləri Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib. Kibri bildirib ki, Prezident Baydenin göstərişi ilə Rusiyanın Navalnının başına gələnlərə görə cavabdehlik daşıması üçün böyük sanksiyalar paketi elan ediləcək. ABŞ-nin keçmiş Prezidenti Donald Tramp bildirib ki, Navalnı çox cəsarətli insan idi, ancaq gərək Rusiyaya qayıtmayaydı. Tramp da hazırkı ABŞ prezidenti və digər Qərb liderləri kimi Navalnının ölümündə Rusiya Prezidenti Vladimir Putini günahlandırıb: "Navalnının ölümü çox kədərlidir. O, Rusiyaya qayıtmağa qərar verən çox cəsur bir insan idi. O bunu etməyə də bilərdi. Düzünü desəm, əgər ölkəsinə qayıtmasaydı və xaricdən danışmasaydı, bəlkə də onun üçün daha yaxşı olardı. Çünki hamı nə ola biləcəyini təxmin edirdi və düşünülən də oldu. Bu, dəhşətli hadisədir". Navalnının anası Lyudmila Navalnaya Rusiya Prezidenti Vladimir Putinə müraciət edib. O, oğlunun cəsədinin dərhal təhvil verilməsini istəyib. Navalnının qardaşı Oleq Navalnı barəsində də axtarış elan edilib. Ona qarşı irəli sürülən ittiham hələ ki məlum deyil. Qeyd edək ki, rusiyalı müxalif siyasətçi 47 yaşlı Aleksey Navalnı 16 fevralda cəzaçəkmə müəssisəsində qəflətən vəfat edib. Onun ölüm səbəbi araşdırılır. Lakin əksər Qərb rəsmiləri onun ölümündə Kremli günahlandırır. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə deyib ki, Navalnının ölümündə Putinin əli olması ilə bağlı iddialar tamamilə əsassızdır: “Bunlar Rusiya dövlət başçısına qarşı tamamilə əsassız, boşboğaz ittihamlarıdır”. Peskovun sözlərinə görə, Rusiya AB-nin Navalnının ölümü ilə bağlı beynəlxalq araşdırma aparmaq tələblərini qəbul etmir.
Siyasi şərhçi Asif Nərimanlı "Sherg.az"a deyib ki, Nemtsovun Kremlin divarları dibində qətlə yetirilməsindən sonra Navalnının ölüdürülməsi o qədər də təəccüblü olmamalıdır. Ekspertə görə, Putin “dar ağacına” çıxardığı Navalnının ayaqları altından kətili çəkib:
"Lakin bu ölümdə “yerinə oturmayan daşlar” var. Navalnının salındığı kameradan hakimiyyətə risk yaratmaq imkanı minimum idi. Rusiyada prezident seçkilərinə hazırlıq öncəsi onun öldürülməsi Putinə “başağrısından” başqa heç nə vermir. Sual yaranır, indiki məqamda niyə onun “ölüm fərmanı”nı imzalasın? Bu ölüm Putinin öz “ayağına sıxması” kimi görünür. Lakin fərz edək ki, Navalnının “ölüm fərmanı”nın verilməsində gizli məqamlar var. O zaman, niyə başqa vaxt yox, məhz Münhen Təhlükəsizlik Konfransının işə başladığı gün bunu etsin? Burada “səbəb-nəticə” prinsipi daha məntiqli görünür. Nəticəyə baxdıqda seçkidən öncə Putinə ən azı “başağrısının” yaradılması, o cümlədən, Münhendə Rusiyaya qarşı həmrəylik motivinin əldə edilməsi Navalnının ölüm fərmanının Kreml divarlarından kənarda verildiyi fikrini önə çıxır. Axı belə bir ölüm seçkiyə hazırlaşan Putinin nə qədər amansız olduğunu təkcə nəzərə almadığı beynəlxalq ictimai rəydə yox, öz xalqında da yaradacaq, rus ictimaiyyəti dilə gətirməsə belə, ən azı bu haqda düşünəcək. Hətta bu, seçki qutularından çıxacaq “nəticə”yə təsir etməsə belə, ümumi əhval-ruhiyyəni korlamağa yetir".
Analitik vurğulayıb ki, ən böyük müəmma isə Navalnının Almaniyada həbsdə olan rusiyalı agent Vadim Krasikovun Rusiyaya təhvil verilməsi qarşılığında azad ediləcəyi ilə bağlı müzakirələrdir:
"“Bild” nəşrinin yazdığına görə, Moskva, Vaşinqton və Berlin arasında aparılan müzakirələr Putinin Navalnını azadlığa buraxması qarşılığında Krasikovun ruslara təhvil verilməsi ətrafında gedirmiş. Nəşr Putinin Krasikovu geri almaqda israr etdiyini qeyd edir. Navalnının ölümü bu danışıqları sıradan çıxardı. Və o versiyanı gücləndirdi ki, Navalnını öldürənlər bu “barterin” baş tutmasını istəməyənlər ola bilər. Müəmmalı məqamlar çoxdur, lakin Navalnının ölmünün nəticələrinin Putinə yox, həm Qərbdə, həm də Rusiya daxilində Putinə qarşı olanlara sərfəli olduğu ehtimalı daha güclü görünür".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bugünkü reallıqlar İlham Əliyevin siyasətinin nəticəsidir - ŞƏRH
23:27 08.08.2026
Gündəm
Zelenski: Putin kütləvi elan edilməmiş səfərbərlik planlaşdırır
22:57 08.08.2026
Dünya
Oğlu açıqladı: Baydenin vəziyyəti ağırlaşdı
22:30 08.08.2026
Dünya
"Məkkə" NATO-nun 5-ci maddəsinə uyğundur - Fidan
22:23 08.08.2026
Dünya
İsti vurması zamanı nə etməli? - Həyat qurtaran vacib qaydalar
21:57 08.08.2026
Sağlamlıq
Kiyevdə partlayışlar baş verdi
21:25 08.08.2026
Dünya
Xocavənd rayonunda mina partlayışı baş verib
20:57 08.08.2026
Hadisə
İlham Əliyev Donald Trampa məktub ünavlayıb
20:42 08.08.2026
Gündəm
Dalğa Putinə qarşı çevrilir: Boğulan adamdan ehtiyat edin
20:19 08.08.2026
Gündəm
Pezeşkian: İran dialoqa hazırdır, lakin güzəştə getməyəcək
20:02 08.08.2026
Gündəm
İlham Əliyev G20-yə dəvətə görə ABŞ Prezidentinə təşəkkür edib
19:54 08.08.2026
Gündəm
Prezident İlham Əliyevlə Tramp arasında telefon danışığı olub
19:37 08.08.2026
Gündəm
Onlar regionu tərk etməlidir - Vilayəti
17:48 08.08.2026
Dünya
41 dərəcə isti: Nazirlikdən əhaliyə xəbərdarlıq
17:29 08.08.2026
Ekologiya