Nazir: "Azərbaycan-Qazaxıstan əlaqələrini genişləndirmək üçün böyük potensial var"
17:16 04.12.2019
Aktual
322
Bu gün Qazaxıstan 2050-ci ilə qədər inkişaf strategiyası çərçivəsində inamla inkişaf etməyə davam edir. Oxu.Az-ın məlumatına görə, bunu Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkarimov bu ölkənin müstəqilliyinin 28-ci öldünümü ilə bağlı keçirilən rəsmi qəbulda bildirib. O qeyd edib ki, Qazaxıstanın ilk Prezidenti Nursultan Nazarbayevin həyata keçirdiyi genişmiqyaslı siyasi və iqtisadi islahatlar nəticəsində ölkəsi dünyanın 50 rəqabətə davamlı dövlətləri sırasına daxil oldu.
Səfir vurğulayıb ki, hazırki Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkənin bundan sonrakı inkişafını təmin edir. Çıxışı zamanı zamanı səfir Qazaxıstan və Azərbaycan arasında siyasi, iqtisadi, humanitar və mədəni əlaqələrin yüksək səviyyədə olduğunu bildirib.
Daha sonra çıxış edən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə qeyd edib ki, iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığı genişləndirmək üçün böyük potensial var:
“Biz bir çox - ATƏT, BMT, Türk Şurası və MDB kimi beynəlxalq və regional təşkilatlarda sıx şəkildə əməkdaşlıq edirik. Qeyd etmək istəyirəm ki, Qazaxıstan həmişə Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın haqlı mövqeyini və ərazi bütövlüyünü dəstəkləyib. Biz bunu yüksək qiymətləndiririk”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya