Nazir: “Azərbaycanda təbii artım göstəricisi artıb"
17:47 13.12.2019
Aktual
429
“2003-cü ilin əvvəlindən ölkə əhalisinin sayı 20,1 faiz artaraq 2019-cu il 1 oktyabr tarixinə 10 044,5 min nəfər təşkil edib. Təbii artım göstəricisi əhalinin hər 1000 nəfərinə hesabı ilə 7,9 nəfərdən 8,4 nəfərə, doğulanların sayı 13,9 nəfərdən 14,1 nəfərədək artıb”.
APA-nın xəbərinə görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə BP Eksploreyşn (Kaspian Si) Limited şirkəti arasında Anlaşma Memorandumu və nazirliklə BMT-nin Əhali Fondu arasında Niyyət Protokolunun imzalanma mərasimində çıxış edən Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev bildirib. Onun sözlərinə görə, ölənlərin sayı isə hər 1000 nəfər hesabı ilə 6,0 nəfərdən 5,7 nəfərədək azalıb: “Hazırda Azərbaycan Avropa və MDB ölkələri sırasında demoqrafik baxımdan cavan yaş strukturuna malik az sayda olan ölkələrdən biridir. 0-14 yaş qrupunda olan əhalinin payı 22,4 faiz, 15-64 yaş qrupunda 70,8 faiz, 65 yaşdan yuxarı 6,8 faiz, 15-29 yaşda olan əhali (gənclər) isə 23,3 faiz təşkil edir”.
Sosial sahədə aparılan islahatlar barədə məlumat verən nazir qeyd edib ki, bu il dövlət başçısının uğurlu sosial islahat paketləri nəticəsində minimum əmək haqqının 93 faiz, minimum pensiyanın 72 faiz, müavinət və təqaüdlərin orta hesabla 100 faiz artırılıb, bu və digər sosial önəm kəsb edən tədbirlərin 4,2 milyon vətəndaşın rifahına ciddi dəstək olub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya