Nazirlər Kabineti bəzi idxal və ixrac gömrük rusumlarına dəyişiklik edib
19:38 04.12.2019
Aktual
406
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi barədə qərar qəbul edib.
Baş nazir Əli Əsədovun imzaladığı qərara əsasən “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə aşağıdakı dəyişikliklər edilir:
1. 0207.11.100.0, 0207.11.300.0, 0207.11.900.0, 0207.12.100.0, 0207.12.900.0, 0207.13.100.0, 0207.13.200.0, 0207.13.300.0, 0207.13.400.0, 0207.13.500.0, 0207.13.600.0, 0207.13.700.0, 0207.13.910.0, 0207.13.990.0, 0207.14.100.0, 0207.14.200.0, 0207.14.300.0, 0207.14.400.0, 0207.14.500.0, 2 0207.14.600.0, 0207.14.700.0, 0207.14.910.0, 0207.14.990.0, 0407.11.000.0, 0407.21.000.0, 0407.90.100.0, 0407.90.900.0, 0702.00.000.0, 0703.10.190.0, 0703.10.900.0, 0707.00.050.0, 0707.00.900.0, 0802.21.000.0, 0802.22.000.0, 0806.10.100.0, 0806.10.900.0, 0808.10.100.0, 0808.10.800.0, 0808.30.100.0, 0808.30.900.0, 0810.70.000.0, 2009.12.000.0, 2009.21.000.0, 2009.31.110.0, 2009.31.190.0, 2009.31.510.0, 2009.31.590.0, 2009.31.910.0, 2009.31.990.0, 2009.41.920.0, 2009.41.990.0, 2009.50.100.0, 2009.50.900.0, 2009.61.100.0, 2009.61.900.0, 2009.71.200.0, 2009.71.990.0, 2202.99.190.1, 2202.99.190.2, 2508.10.000.0, 2520.10.000.0, 2523.10.000.0, 2523.29.000.0, 2523.30.000.0, 2523.90.000.0, 6809.11.000.0, 6809.19.000.0, 6810.11.100.0, 6810.11.900.0, 6810.19.000.0, 6901.00.000.0, 6902.10.000.0, 6902.20.100.0, 6902.20.910.0, 6902.20.990.0, 6902.90.000.0, 6904.10.000.0, 6907.21.100.0, 6907.21.900.0, 6907.22.100.0, 6907.22.900.0, 6907.23.100.0, 6907.23.900.0, 6907.30.100.0, 6907.30.900.0, 6907.40.100.0 və 6907.40.900.0 alt yarımmövqelərinə aid sətirlərin “Tarif dərəcəsi (gömrük dəyərinə görə faizlə və ya ölçü vahidinə görə ABŞ dolları ilə)” sütununda “15.12.2019-cu il” sözləri “31.12.2021-ci il” sözləri ilə əvəz edilib.
2. 0405.10.110.0, 0405.10.190.0, 0405.10.300.0, 0405.10.500.0, 0405.10.900.0, 0405.20.100.0, 0405.20.300.0, 0405.20.900.0, 0405.90.100.0 və 0405.90.900.0 alt yarımmövqelərinə aid sətirlərin “Tarif dərəcəsi (gömrük dəyərinə görə faizlə və ya ölçü vahidinə görə ABŞ dolları ilə)” sütununda “31.12.2019-cu il” sözləri “31.12.2021-ci il” sözləri ilə əvəz edilib.
Qərarın birinci hissəsinə əsasən, quş əti, qida və damazlıq yumurta, meyvə tərəvəz (pomidor, soğan, fındıq, alma, təzə üzüm, xurma) meyvə-tərəvəz şirələri, sement və sement klinkeri, gips, kərpic, alçipan, kafel və metlaxın idxalına tətbiq edilən spesifik rüsumların vaxtı 2021-ci ilin sonunadək uzadılır. Bu da sadalanan məhsulları istehsal edən yerli sahibkarlar üçün əlverişli daxili bazar şərtləri formalaşdırır.
Qərarın ikinci hissəsi isə istehlakçı maraqlarını qoruyur və daxili bazarda kərə yağının qiymətinin sabit qalmasını təmin edir. Bu məqsədlə ölkəyə idxal olunan kərə yağının pərakəndə satış qiymətinin artmasının qarşısını almaq üçün 2017-ci ildə təbiq edilmiş aşağı rüsum həddinin vaxtı 2021-ci ilin sonunadək uzadılır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya