
Niyə Azərbaycan quru sərhədlərini açmır? – “Dövlət təhlükəsizliyi və virusla bağlıdır, yoxsa…? – İZAH
Yusif Nəzərli
14:27 04.07.2022
Aktual
521
Tural Abbaslı:“Bu, sırf biznes məsələsidir”
“Fikrimcə, Naxçıvanda olan son quru sərhəddimizin bağlanması və sərhədlərin açılmaması aviabiletlərin satışının artırılması məqsədi daşıyır. Bu da hazırkı halda əhaliyə ciddi zərbə vurur”
Rusiya Federasiyası iyulun 15-dən etibarən quru sərhədlərini açacaq və COVID-19-un yayılması ilə əlaqədar tətbiq edilən məhdudiyyətlər ləğv ediləcək.
Bu barədə Koronavirusun Yayılmasına qarşı Mübarizə üzrə Operativ Qərargah məlumat yayıb.İyulun 14-dən etibarən isə xarici ölkə vətəndaşlarının Rusiya ərazisinə hava və dəniz keçid məntəqələri vasitəsilə girişinə qoyulan məhdudiyyətlər tamamilə aradan qaldırılacaq
Rusiyanın belə sərhədləri açdığı bir zamanda Azərbaycandakı quru sərhədlərinin hələ də açılmaması əhali arasında narazılıq yaradıb. Sosial şəbəkələrdə bunun səbəblərinə dair ikili yanaşma var. Bir tərəf quru yolunun açılmamasınıl Meymun çiçəyinin ölkədə yayılmaması üçün olduğunu deyib, digər tərəf isə dövlət təhlükəsizliyi məsələsi olduğunu müdafiə edib.

Sərhədlərin bağlı qalmasının dövlət təhlükəsizliyinə və virusa adiyyəti olmadığını deyən Ağ Partiyanın sədri Tural Abbaslı "Sherg.az"a bildirib ki, bu, sırf biznes məsələsidir:
"Rusiya və digər ölkələrin sərhədləri açması onların daxili işidir. Təbbi ki, onlar bizlə həmsərhəd ölkədir və biz də sərhədləri qarşılıqlı aça bilərik. Amma bizdə hər şey əksinə gedir. Türkiyə ilə olan Naxçıvan sərhədini də bağladılar. Düşünürəm ki, bu hadisə Türkiyədə oxuyan və tətildən evə qayıdan tələbələrə, həmçinin istirahət günlərini digər ölkələrdə keçirmək istəyən insanlara problem yaradır. Təhlükəsizlik və Meymun çiçəyi məsələsinə gəlincə, deyikm ki, sərhələrin açılmamasının bununla əlaqəli olduğunu düşünmürəm. O zaman biz nə qədər ki, Rusiya,İran və Ermənistanla qonşuyuq sərhədlər bağlı saxlamalıyıq.
Meymun çiçəyinə görə isə hələ heç bir ölkə sərhədlərini bağlamayıb. Fikrimcə, Naxçıvanda olan son quru sərhəddimizin bağlanması və sərhədlərin açılmaması aviabiletlərin satışının artırılması məqsədi daşıyır. Bu da hazırkı halda əhaliyə ciddi zərbə vurur. Ona görə də quru sərhədlərini açmasını tələb edirəm".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Aleynanı əllərimlə öldürdüm!”
07:02 28.04.2026
Şou
“Beşiktaş” öz meydanında Trabzonspor” məğlub olub
06:26 28.04.2026
Futbol
Sevgi yoxsa hörmət — Hansı daha vacibdir?
05:48 28.04.2026
Sosial
“Mən pedofil deyiləm” – Donald Tramp
03:39 28.04.2026
Maraqlı
Hər gün duş almaq saçları uzadar?
03:00 28.04.2026
Sağlamlıq
Cici Hadidə sevgilisindən maraqlı hədiyyə
02:22 28.04.2026
Şou
Marvelin ssenaristi vəfat etdi
01:46 28.04.2026
Mədəniyyət
İsrail səfiri Ukrayna Xarici İşlər Nazirliyinə çağırıldı
01:17 28.04.2026
Dünya
"Fənərbaxça"nın baş məşqçisi Tedesko istefaya göndərilib
00:06 28.04.2026
Futbol
Rubio İranla razılaşmaya mane olan qüvvələrin adlarını sadalayıb
23:44 27.04.2026
Gündəm
Azərbaycan müdafiə naziri İtaliyaya rəsmi səfər edib
23:22 27.04.2026
Hərbi
KİV: NATO illik sammitlərdən imtina edə bilər
22:59 27.04.2026
Dünya
Tramp İranla bağlı məsləhətləşmələr aparacaq
21:42 27.04.2026
Dünya
Əraqçi ilə Putinin görüşü saat yarımdan çox davam edib
20:20 27.04.2026
Region