Nömrəsiz avtomobil sürən şəxslə bağlı rəsmi açıqlama: Heç kim elə fikirləşməsin ki...
16:04 07.02.2020
Aktual
524
Heç kim elə fikirləşməsin ki, Qarabağ əlilləri üçün verilən avtomobillərə dövlət nömrə nişanı verilməyib. Təəssüf ki, bəzi sürücülərimiz qanunvericiliyin normalarına riayət etmir. Bu sözləri Oxu.Az-a açıqlamasında Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev Bakı-Sumqayıt yolunda avtomobilin dövlət nömrə nişanı olmadan idarə edilməsi ilə bağlı məsələyə münasibət bildirərkən deyib.
K.Əliyevin sözlərinə görə, “NAZ Lifan” markalı avtomobillərin əksəriyyəti Qarabağ əlillərinə verilir, lakin təəssüf ki, sürücülər bəzən qanunun tələblərini pozan davranışlara yol verirlər:
“Həmin avtomobillərin böyük əksəriyyəti ölkə başçısının tapşırığı ilə Qarabağ müharibəsi əlillərinə, sağlamlığını itirmiş şəxslərə verilir. Hər bir avtomobilə də dövlət nömrə nişanı verilir. Lakin, bəzi sürücülər qanunun tələblərini kobud şəkildə pozurlar. Düşünürəm ki, həmin sürücülər bunu xüsusi texniki vasitələrin köməyi ilə aşkar olunan qayda pozuntularından yayınmaq məqsədilə edirlər.
İstər Dövlət Yol Polisi tərəfindən, istərsə də “Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyi tərəfindən bu cür qayda pozuntusuna yol verən sürücülərə dəfələrlə xəbərdarlıq edilib, saxlanılıb və nəqliyyat vasitələrinin dövlət nömrə nişanı olmadan idarə edilməsinə qanunvericiliyin normalarında icazə verilmədiyi bildirilib. Onlar özləri də nəzərə almalıdır ki, qanun hər kəs üçün qanundur.
Hər bir nəqliyyat vasitəsi dövlət qeydiyyatına alınırsa, onların hər birinə dövlət qeydiyyat nişanları təhkim olunur. Sadəcə olaraq bəzi sürücülər inzibati məsuliyyətdən yayınmaq məqsədilə avtomobilin dövlət nömrə nişanlarını çıxarırlar”.
Şöbə rəisi onu da əlavə edib ki, İnzibati Xətalar Məcəlləsinin (İXM) müvafiq maddələrinin tələblərini pozaraq, avtomobilin dövlət nömrə nişanı olmadan idarə edilməsi 4 cərimə balı ilə qiymətləndirilir:
“İXM-nin 342.7-ci maddəsində dövlət qeydiyyat nişanları və ya onlardan birinin olmamasına, saxta və ya mövcud standartlara uyğun olmayan və ya başqa nəqliyyat vasitələrinə verilmiş dövlət qeydiyyat nişanları ilə nəqliyyat vasitələrini idarə etməsinə görə cərimə məbləği 60 manat, cərimə balı isə 4 bal olaraq təyin olunub”.
Xatırladaq ki, Bakı-Sumqayıt yolunda “NAZ Lifan” markalı avtomobilin sürücüsü nəqliyyat vasitəsini dövlət nömrə nişanı olmadan idarə edib. Sürücü bu vəziyyətdə də həmin yolda yerləşən “Ekologiya postu”nu keçib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat