Növbəti köç karvanı Xocavəndə çatıb

Növbəti köç karvanı Xocavənd şəhərinə çatıb.

APA xəbər verir ki, bu mərhələdə Xocavənd şəhərinə 39 ailə (176 nəfər) köçürülüb.

Köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.