
Nüfuzunu itirən Fransanın "yük" şousu - PƏRDƏ AÇILDI
14:33 31.08.2023
Aktual
741
Fransanın bölgədə yürütdüyü siyasət birbaşa olaraq regionda vəziyyətin gərginləşdirilməsinə yönəlib. Ermənistanın yalan və manipulyasiya kampaniyasına dəstək olan Fransa, rəsmi Bakı ilə razılaşdırılmadan Azərbaycan ərazisinə "humanitar yardım" adı altında yüklər göndərməsi təxribat xarakter daşıyır.
Bunu "Sherg.az"a açıqlamasında Milli Məclisin deputatı Sevil Mikayılova deyib.
Deputat bildirib ki, uzun illərdir Fransa xarici siyasətində ciddi irəliləyişə nail ola bilməyib:
" Fransa illər boyu yürütdüyü müstəmləkəçi, istismarçı, etnik təmizləmə siyasətinə görə etimadı ciddi şəkildə zədələnib. Prezident Emmanuel Makronun hakimiyyətdə olduğu zaman kəsiyində beynəlxalq nüfuzunu da sürətlə itirməkdədir. Bir tərəfdən erməni lobbisinin təsiri altında olan Fransa hakimiyyəti, digər tərəfdən də, Cənubi Qafqazda Ermənistan vasitəsilə üstünlük qazanmağa və itmiş nüfuzunu bərpaya etməyə səy göstərir".

Parlamentari onu da qeyd edib ki, “humanitar yük” şousunun təşkili Makron hakimiyyətinin Azərbaycan-Ermənistan münasibətlərində normallaşmanın qarşısını almaq istəyindən xəbər verir:
"Qlobal miqyasda beynəlxalq hüquq normalarının kobud şəkildə pozulmasına, ədalətsizliyə xidmət edən həddən artıq ermənipərəst siyasətin ön cərgəsində yer alan Fransa danışıqlar prosesinə zərbə vurur. Bölgədə baş verənlər onu deməyə əsas verir ki, Paris təxribat xarakterli addımlarını müxtəlif müstəvilərdə davam etdirmək və daha genişmiyaslı təxribat planlarını həyata keçirmək niyyətindədir.
Azərbaycanın qəti mövqeyi Cənubi Qafqazda davamlı sülhün təmin olunması, insanların daha təhlükəsiz və rifah içərisində yaşamasından ibarətdir. Ermənistana havadarlıq edənlər, öz maraqlarını yürütmək məqsədi güdənlər Azərbaycanın siyasi mövqeyinə təzyiq edə bilməzlər".
Qeyd edək ki, Avqustun 31-də Fransanın Azərbaycandakı səfiri Ann Buayon Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
Görüş zamanı Paris şəhərinin meri Ann İdalqo daxil olmaqla, Fransanın bir neçə şəhərinin rəhbər şəxslərinin müşayiəti ilə “humanitar yük” adı altında Laçın sərhəd buraxılış məntəqəsi istiqamətinə nəqliyyat vasitələrinin göndərilməsi və həmin şəxslər tərəfindən Azərbaycana qarşı təxribatçı bəyanatlar səsləndirilməsi ilə bağlı XİN-in etiraz notası Fransa səfirinə təqdim edilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Karapetyan müxalifəti xilas etmir, əksinə hədəfə aparır - TƏHLİL
20:02 01.07.2026
Gündəm
Suriyanın ilk keçid parlamenti formalaşdırıldı
19:25 01.07.2026
Dünya
İlham Əliyevin Ursula fon der Lyayenlə geniş tərkibdə görüşü olub
19:19 01.07.2026
Rəsmi
Putinin hakimiyyətdən getməsinə 370 min dollar qoyuldu
19:12 01.07.2026
Dünya
Mirziyayev Gürcüstana gedir
18:50 01.07.2026
Region
Bolqarıstan nümayəndə heyəti ölkəmizdə səfərdədir
18:43 01.07.2026
Gündəm
Zülqədr: Xameneinin ölümündə günahkar olanlar cəzalandırılacaq
18:15 01.07.2026
Dünya
ABŞ BMT-yə terrorizmlə mübarizə üzrə yeni strategiya təqdim edəcək
18:07 01.07.2026
Dünya
Kərim Vəliyev türkiyəli generalın rəhbərlik etdiyi heyətlə görüşüb
17:50 01.07.2026
Gündəm
İyunda dövlət sərhədini pоzduqlarına görə 21 nəfər saxlanılıb
17:17 01.07.2026
Hadisə