Ölkə ərazisində temperatur iqlim normasından 2,5 dərəcə aşağı endi
09:02 10.02.2020
Aktual
349
Azərbaycanda müşahidə olunan faktiki hava ilə bağlı məlumat açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, fevralın 10-u səhərədək ölkə ərazisində qar yağıb. Bəzi şimal və şərq rayonlarında qar intensiv və güclü olub. Güclü qərb küləyi əsib.
Qar örtüyünün hündürlüyü - Xınalıqda 50 sm, Sarıbaş (Qax), Ağdərədə 45 sm, Qrızda 42 sm, Qəbələdə 38 sm, Şahdağda 37 sm, İsmayıllıda 32 sm, Altıağacda 28 sm, Oğuz, Lerikdə 26 sm, Xaltanda 20 sm, Qusar, Yardımlıda 16 sm, Daşkəsən, Qubada 15 sm, Gədəbəydə 14 sm, Göyçayda 12 sm, Zaqatalada 11 sm, Ordubad, Göygöl, Tərtərdə 5 sm, Şahbuz, Astarada 4 sm, Şabranda 3 sm, Sədərəkdə 1 sm olub.
Şimal-qərb küləyi arabir Maştağada 38 m/s, Sumqayıtda 34 m/s, Bakıda 32 m/s, Pirallahı, Qum adasında 30 m/s, Neft Daşlarında 28 m/s, Çilov adasında 26 m/s-dək güclənib.
Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 6,8 metrə çatıb.
Külək Naftalanda 32 m/s, Neftçalada 30 m/s, Tərtər, Mingəçevir, Nabran, Salyan, Xaçmaz, Tovuz, Yevlax, Bərdə və Ağstafada 16-22 m/s-dək güclənib.
Fevralın 9-da temperatur Bakıda iqlim normasından 2,5 dərəcə aşağı enib. Havanın minimal temperaturu Bakı və Abşeron yarımadasında 1-2, Aran rayonlarında 2-5, dağlıq rayonlarda 10-16, yüksək dağlıq ərazilərdə 19-24, Naxçıvan MR-da isə 6-13 dərəcə şaxta olub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
4,5 milyon manatlıq müəssisə ləğv edildi
15:44 04.05.2026
Gündəm
“Liverpul”dan antirekord
14:51 04.05.2026
Futbol
Dövlət sərhədini pоzduqlarına görə 18 nəfər saxlanılıb
14:26 04.05.2026
Hadisə
Türkdilli xalqların deportasiya və soyqırım günü təsis edilməlidir
14:24 04.05.2026
Aktual
Faciəvi yanğında ölən modelyerin qızı niyə hələ də sağalmayıb?
13:56 04.05.2026
Cəmiyyət
SEPAH: Hörmüz boğazında yeni idarəetmə zonası müəyyən edilib
13:34 04.05.2026
Gündəm
İrəvanda Makrondan Köçəryan və Sərkisyana ittihamlar
13:22 04.05.2026
Gündəm
Cüdoçularımız Avropa Kubokunu 7 medalla baş vurub
13:05 04.05.2026
İdman
Martin Çunqonq Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
12:48 04.05.2026
Siyasət
NİİM sürücülərə müraciət etdi
12:44 04.05.2026
İnfrastruktur
Azərbaycan Prezidenti: Doqquz aydır sülh şəraitində yaşayırıq
12:37 04.05.2026
Rəsmi
Zelenski İrəvanda Azərbaycandan danışdı
12:31 04.05.2026
Cənubi Qafqaz