Ombudsmanın nümayəndəsi Elvin İsayevlə görüşdü
14:57 20.12.2019
Aktual
420
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Qrupunun (MPQ) üzvləri tərəfindən Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına əvvəlcədən xəbərdarlıq edilmədən başçəkmə həyata keçirilib.
Ombudsman Aparatının mətbuat xidmətindən verilən məlumata görə, MPQ-nin həkim üzvünün də iştirak etdiyi başçəkmədə istintaq təcridxanasında saxlanılma şəraiti, qidalanma, tibbi yardım, telefon danışığı, görüş və digər hüquqların təmin olunması vəziyyəti, habelə rəftar məsələləri araşdırılıb.
Bu məqsədlə müəssisədə saxlanılan bir çox təqsirləndirilən şəxs təsadüfi seçim əsasında fərdi qaydada qəbul edilib. Başçəkmə çərçivəsində 12 dekabr 2019-cu il tarixdə Azərbaycana deportasiya olunmuş Elvin İltixam oğlu İsayev də MPQ üzvləri tərəfindən konfidensial qəbul olunub və dinlənilib. E. İsayev saxlanma şəraitindən, tibbi xidmət və saxlanıldığı müddət ərzində onunla rəftardan razılıq edib. Eyni zamanda o, sovqat qəbul edib, ailə üzvləri ilə əlaqə saxlayıb və telefon danışığı hüququ təmin olunub.
Başçəkmə çərçivəsində saxlanılan şəxslərə hüquqları izah edilib, Ombudsmana ünvanlanmış ərizələr qəbul olunub, müvafiq qanunvericiliyin tələbləri izah edilib, bəzi saxlanılan şəxslər tərəfindən barələrində aparılan istintaqla bağlı qaldırılan məsələlər üzrə hüquqi məsləhətlər verilib, bir sıra müraciətlər isə yerində təmin edilib. Başçəkmənin nəticəsi və qəbul olunmuş ərizələrlə əlaqədar aidiyyəti qurumlara müraciət olunacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya