Oraban və Baş Kəldək sakinlərindən Cavanşır Feyziyevə dəstək - FOTOLAR
07:49 04.02.2020
Aktual
470
115 saylı Şəki seçki dairəsindən deputatlığa namizəd Cavanşir Feyziyev növbəti görüşlərini Oraban və Baş Kəldək kəndlərində keçirib. Deputatlığa namizədin səlahiyyətli nümayəndəsi, əməkdar jurnalist Akif Salam keçən 4 il ərzində deputatın fəaliyyəti haqqında seçicilərə məlumat verib.
Daha sonra çıxış edən kənd sakinləri son 9 il ərzində istənilən vaxt Cavanşır Feyziyevlə sıx-sıx görüşdüklərini, elektron poçt və ya telefon zəngi vasitəsilə çox asanlıqla əlaqə saxladıqlarını və qaldırdıqları məsələlərin həlli ilə bağlı hər zaman deputatdan dəstək aldıqlarını bildiriblər.
Onlar həmçinin pay torpaqlarının becərilməsi ilə bağlı rastlaşdıqları çətinliklər haqqında deputata məlumat veriblər və müvafiq kömək göstərilməsini xahiş ediblər.
Deputatlığa namizəd Cavanşır Feyziyev ölkədə aparılan islahatlardan, vətəndaşlara göstərilən xidmət səviyyəsinin yüksəlməsindən, icbari tibbi sığortanın Şəkidə tətbiqinə başlanılmasından, xüsusilə aqrar sahədə fermerlərə göstərilən dövlət dəstəyindən geniş söz açıb.
O, eləcə də dünyada ölkəmizin nüfuzunun yüksəlməsindən danışaraq sakinləri qarşıdan gələn seçkilərdə fəal iştirak etməyə çağırdı.
Cavanşir Feyziyevi böyük coşqu ilə qarşılayan kənd sakinləri keçən 9 il ərzində onun fəaliyyətindən razı qaldıqlarını və qarşıdan gələn seçkilərdə də bir daha onun namizədliyini dəstəkləyəcəklərini bildirdilər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat