Ötən il 369 çoxmənzilli bina yanğından mühafizə edilib - RƏSMİ
16:10 30.01.2020
Aktual
539
Yanvarın 30-da Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətində 2019-cu ildə görülmüş işlərin və cari ildə qarşıya qoyulmuş vəzifələrin müzakirəsinə həsr olunmuş müşavirə keçirilib.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, müşavirədə fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev iştirak edib.
FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi daxili xidmət general-mayoru Füzuli Əsədov hesabat məruzəsi ilə çıxış edərək bildirib ki, 2019-cu ildə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvə və vasitələrinin ümumi çıxışlarının sayı 92362 olub, yanğın hadisələri ilə bağlı 16303 çıxış qeydiyyata alınıb, yanğınların söndürülməsinə ümumilikdə 163030 əməkdaş, 35931 yanğınsöndürmə texnikası cəlb olunub. Yanğınların söndürülməsi zamanı 98-i dövlət, 346-sı özəl olmaqla, 2218 obyekt, habelə, 369 çoxmənzilli bina, 590 fərdi ev, 513 yardımçı tikili, 296 ədəd müxtəlif təyinatlı texnika yanğınsöndürənlər tərəfindən mühafizə edilib.
Fövqəladə Hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev müşavirədə çıxış edərək Dövlət Yanğından Mühafizə Xidmətinin 2019-cu ildəki fəaliyyətini bütövlükdə müsbət dəyərləndirib. Xidməti fəaliyyətdən danışan nazir müavini şəxsi heyətin peşə, döyüş və fiziki hazırlığının daha da artırılması, intizamın gücləndirilməsi, yanğın texnikalarının təmiri və istismarının təşkili, kadr məsələləri, müqavilə əsasında yanğından mühafizəsi təşkil edilən obyektlərdə profilaktik tədbirlərin keçirilməsi və yanğından mühafizə işinin daha da səmərəli təşkili və s. istiqamətlərlə əlaqədar tapşırıqlar verib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi