Pakistanda terror: Ölənlər var

Pakistanın Bəlucistan vilayətinin Ketta şəhərində terror aktı törədilib.

Axar.az xəbər verir ki, motosikletə quraşdırılmış partlayıcı qurğunun işə düşməsi nəticəsində 2 nəfər həlak olub, 14-ü yaralanıb.

Yaralananlardan ikisinin təhlükəsizlik xidməti əməkdaşı olduğu bildirilir.