Pakistanla hərbi əməkdaşlıq Azərbaycan müdafiə sənayesini gücləndirəcək
12:09 25.05.2023
Aktual
405
Mayın 23-də Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Kərim Vəliyev və Pakistan Quru Qoşunlarının komandanı Asim Munir hərbi əməkdaşlığın genişləndirilməsi və möhkəmləndirilməsi məsələlərini müzakirə edib.
Görüş İslamabadda, Vəliyevin Pakistana rəsmi səfəri çərçivəsində baş tutub.
Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətinin məlumatına görə, görüşdə iki ölkə ordularının qoşun növləri arasında əlaqələrin genişləndirilməsi, Azərbaycan-Pakistan-Türkiyə birgə hərbi təlimlərinin keçirilməsi ilə yanaşı üçtərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.
Tərəflər, həmçinin hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlıq, qarşılıqlı səfərlərin davam etdirilməsi,terrorla mübarizə və təhlükəsizliklə bağlı digər məsələləri müzakirə edib.
Azərbaycan-Pakistan münasibətlərinin yüksək səviyyədə olduğu bildirilir. İki ölkənin yüksək siyasi və hərbi rəhbərləri tez-tez qarşılıqlı səfərlər edir. Pakistan daim birmənalı olaraq Azərbaycanın ərazi büttövlüyünü dəstəkləyib
Pakistanla əvvəllər də sıx əməkdaşlığımızın olduğunu deyən hərbi ekspert Alparslan İmamqulu "Sherg.az"a bildirib ki, Pakistanla bu günə qədər birlikdə xeyli hərbi təlimlər keçirilib:
"Həmçinin kurslar təşkil olunub. Yəni mütəmadi olaraq qarşılıqlı tədbirlər keçirilir. Düşünürəm ki, silsilə tədbirlərin davamı, münasibətlərin daha da inkişaf etdirilməsi baxımından önəmlidir. Çünki regionda gedən siyasi-strateji proseslərə nəzər saldıqda müttəfiqlərin əhəmiyyətli olduğunu görərik. Bu baxımdan Pakistan və Türkiyə ilə olan əlaqələr çox vacibdir. Həmçinin Azərbaycan bu gün Pakistanla Türk dövlətləri arasında körpü rolunu oynayır. Bu hadisə isə çox sevindirici haldır. Digər tərəfdən Pakistanın müdafiə sənayesi də xeyli inkişaf edib. Ona görə də düşünürəm ki, bu əməkdaşlıq Azərbaycan müdafiə sənayesinin inkişafına da böyük töhvə verəcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Si Cinpin Trampla İranı müzakirə edib - YENİLƏNİB
20:17 04.02.2026
Dünya
"Traktor" Qətər klubu ilə qarşılaşacaq
20:05 04.02.2026
Futbol
Rusiya hərbi nümayəndə heyəti Suriyaya gedib
19:42 04.02.2026
Dünya
“Washington Post” əməkdaşların kütləvi ixtisarına başlayır
19:30 04.02.2026
Media
Ürək köçürülməsi tarixi uğurdur, ancaq... - TƏHLİL
19:24 04.02.2026
Sağlamlıq
Türkiyə Rusiyanı Suriyadan uzaqlaşdırır - Uilson
19:22 04.02.2026
Dünya
Media buraxılmırsa, deməli ciddi razılaşma yaxındır - Ekspert
19:08 04.02.2026
Gündəm
Prezident: Hazırda Ermənistanla ticari münasibətlərimizi artırırıq
18:37 04.02.2026
Dünya
Son 4 ayda 4 rekord: Mask dünyada ilkə imza atdı
18:24 04.02.2026
Dünya
Türkiyə üçün Pəhləvinin önə çıxarılması risklidir - RƏY
18:19 04.02.2026
Gündəm
Mehriban Ələkbərzadəyə vəzifə verildi
17:42 04.02.2026
Media
“Sərhəddə gərginlik yox, sülh üstünlükdədir” - ŞƏRH
17:39 04.02.2026
Gündəm
Tramp İranla danışıqları dayandıra bilər
17:23 04.02.2026
Gündəm