Parisdə Azərbaycan nümayəndə heyəti ilə ermənilər arasında QALMAQAL YAŞANDI
15:01 27.11.2019
Aktual
466
Parisdə UNESCO-nun “Ümumdünya mədəni və təbii irsin qorunması haqqında” Konvensiyasının Baş Assambleyasının 22-ci sessiyasında Ermənistan təxribata əl atıb. Hadisə Azərbaycanın Mədəniyyət naziri, Əbülfəs Qarayevin çıxışından sonra olub.
Nümayəndə heyəti bildirib ki, təhlükəsizlik şərtləri təmin edilmədiyindən Ümumdünya İrs Komitəsinin Bakıda keçirilmiş sessiyasında Ermənistanın iştirakı mümkün olmayıb.
Azərbaycan nümayəndə heyəti ermənilərin ənənəvi təxribatına qarşı cavab verib. Bildirilib ki, Komitənin 43-cü sessiyasının ölkəmizdə keçirilməsi UNESCO ilə Azərbaycan hökuməti arasında imzalanmış müqavilə və öhdəliklər toplusu ilə tənzimlənib.
Qeyd olunub ki, bu çərçivədə Azərbaycan UNESCO-nun bütün üzv ölkələri və tərəfdaş təşkilatları üçün eyni şərtləri və şəraiti təmin edib.
Bildirilib ki, Ermənistan tərəfi ənənəvi olaraq ölkəmizdə keçirilən bütün tədbirlərlə bağlı pozucu mövqedən çıxış edir.
Azərbaycan nümayəndə heyəti, həmçinin UNESCO rəhbərliyi və iştirakçıları tərəfindən tədbirin keçirilməsi səviyyəsinə qiymətini verildiyini və bunun Ermənistan tərəfinin iddialarına cavab olduğunu bildirib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi
17:27 09.09.2026
Cəmiyyət
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Səyahətdən evə daşınan görünməz bağırsaq parazitlərinə diqqət!
15:35 09.09.2026
Dünya
ABŞ ordusu SEPAH-ın iddiasını təkzib etdi
15:16 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm