"Parlament seçkiləri qardaş Azərbaycanın daha da inkişafına mühüm təsir göstərəcək"
12:37 01.02.2020
Aktual
450
Azərbaycanda aparılan islahatlar çərçivəsində fevralın 9-da Milli Məclisə keçiriləcək seçkilər qardaş ölkənin inkişafına mühüm təsir göstərəcək. Bu fikirləri açıqlamasında İzmir Azərbaycan Mədəniyyəti və Həmrəyliyi Dərnəyinin sədri Mülazim Pahsa bildirib.
“Azərbaycandakı seçki prosesini yaxından izləyən bir şəxs kimi deyə bilərəm ki, yeni çağırış parlament Azərbaycan dövlətçiliyinin inkişafına mühüm töhfələr verəcək. Yeni parlament öz fəaliyyəti ilə ölkədə aparılan islahatlara, Azərbaycanın daha da inkişafına, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşması istiqamətində görülən işlərə töhfə verəcək”, - deyən dərnək sədri əlavə edib ki, parlament seçkilərində çoxsaylı namizədin, o cümlədən gənclərin iştirakı demokratik seçki mühitinin göstəricisidir. Onun sözlərinə görə, Azərbaycan xalqı seçkilərdə fəal şəkildə iştirak edərək, öz iradəsini ortaya qoyacaq.
Mülazim Pahsa qeyd edib ki, kənardan aparılan müşahidələr bu gün Azərbaycanda azad, ədalətli seçkilərin keçirilməsi üçün imkanların yaradıldığını göstərir.
“Azərbaycan daim güclənən və inkişaf edən ölkədir. Əminəm ki, parlament seçkilərindən sonra Azərbaycan daha da güclənəcək, Türkiyə ilə qarşılıqlı faydalı əməkdaşlıq hər zaman olduğu kimi, bundan sonra da davam etdiriləcək”, - deyə dərnəyin sədri bildirib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi