Partiya sədri təhsil ekspertinin təklifini dəstəklədi: “Təkcə 10 dairədən deyil…”
Turan
11:55 11.12.2019
Aktual
856
“Seçki kampaniyalarında müxtəlif növ təbliğat vasitələrini bir-birinə qarşı qoymaq doğru deyil”. Bunu Sherg.az-a açıqlamasında “Ağ” Partiyanın başqanı Tural Abbaslı deyib.
Partiya rəhbəri bildirib ki, təbliğat elə bir işdir ki, burada hər vasitənin əhəmiyyəti var:
“Son dönəmlərin fenomeni olan sosial şəbəkələrin günümüzdəki rolunu və gücünü təbii ki, inkar etmək olmaz. Ancaq bu o demək deyil ki, digər təbliğat vasitələri öz əhəmiyyətlərini itirib. Məsələn, bu gün televiziyaların təbliğat gücü də kifayət qədərdir. Buraya nisbətən radio və çap mediasını da əlavə etmək olar. Həmçinin, seçkilərin ayrılmaz hissəsi olan tanıtım plakatları, bukletlər, flayerlər, müxtəlif növ təqvimləri də unutmaq olmaz. Demək istəyirəm ki, hər hansı namizəd sözün həqiqi mənasında tam həcmli təbliğat-təşviqat işi aparmaq istəyirsə, bunların hamısını nəzərə almalıdır. Konkret Etibar Əliyevin təklifinə gəldikdə isə bunun çox maraqlı təklif olduğunu deyə bilərəm. Təkcə 10 dairədən deyil, bütün 125 dairədən namizədləri müəyyən edib, onların təbliğatını aparmaq olar. Belə kampaniyalar namizədlərə əlavə və faydalı dəstək olar”.
Qeyd edək ki, təhsil eksperti Etibar Əliyev Feysbuk statusunda parlament seçkisinə namizəd olanlarla bağlı təklif irəli sürüb: “Facebook camesi qarşıdan gələn Parlament seçkisində niyə öz vahid namizədlərini müəyyənləşdirmir? Biz çoxluq təşkil edirik. Azı 10 nəfəri müəyyənləşdirib, onların təbliğatını aparmaq olmazmı?”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya