Paşinyan başını itirib, ölkəsi də itirir
Yusif Nəzərli
23:24 25.10.2022
Aktual
481
Ermənistan Rusiya ilə Qərbin qarşıdurma mərkəzinə çevrilir
Üstəlik, Hindistan və Pakistan da regionda nüfuz uğrunda yarışa hazırlaşır
Ermənistanla Hindistanın yaxınlaşması əvvəllər mövcud olmayan tamamilə yeni əməkdaşlıq oxudur. Bu həftə Ermənistanın Müdafiə naziri Suren Papikyan Yeni Dehlidən qayıdıb. Nazir orada Zaqafqaziya respublikasına Hindistan silahlarının tədarükü ilə bağlı bir sıra görüşlər keçirib. Tərəflər bir sıra yeni müdafiə sazişləri imzalayıblar. Qeyd olunur ki, bir neçə həftə əvvəl iki ölkə Ermənistanın Hindistandan “Pinaka” reaktiv yaylım atəş sistemləri, tank əleyhinə “Konkurs” raket kompleksləri, 80 millimetrlik minaatan və digər silahlar alınmasına dair hökumətlərarası saziş imzalayıb. Bundan başqa, Ermənistan Hindistanın "Tata Advanced Systems Limited" (TASL) və "Solar Industries" şirkətləri tərəfindən hazırlanmış Hindistanın “Akaş” zenit-raket kompleksləri və kamikadze PUA-larının alınması imkanlarını nəzərdən keçirir.
İndi Yeni Dehli “Fars körfəzi-Qara dəniz” İTC-nin tikintisində Ermənistanın mühüm strateji tərəfdaşına çevrilmək niyyətindədir. Bəzi ekspertlər hesab edir ki, ölkələr Türkiyə, Azərbaycan və Pakistan arasında dostluq və yaxın münasibətləri balanslaşdırmaq üçün birləşirlər.
Beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli bildirib ki, keçən ay Hindistanın “The Economic Times” qəzetinin redaktoru Pranab Dhal Samanra "Hindistan “üç qardaş”ın Ermənistanda və başqa yerlərdə təhlükəli macəralarına göz yuma bilməz” başlıqlı məqalə dərc edib. Analitikin sözlərinə görə, təhlilçi xəbərdarlıq edib ki, əgər bu ölkələr Cənubi Qafqaza “sement” töksələr, digər regionlarda, xüsusən də Kəşmirdə, Hindistan və Pakistan arasında gərginlik ocağı olan mübahisəli ərazidə əməkdaşlıq edə biləcəklər:
"Türkiyə və Azərbaycan hər zaman Pakistanın Kəşmirlə bağlı mövqeyini dəstəkləyib. Pakistan öz növbəsində Qarabağda Ermənistanla hərbi toqquşmalarda Azərbaycanı dəstəkləyib. Samanra vurğulayır ki, Rusiyanın Ukraynada başının qarışdığı bir vaxtda Ermənistanın mövqeyi yəqin ki, Hindistanın maraqlarına uyğundur. Tərəflər hərbi əməkdaşlıq quraraq, kəşfiyyat məlumatlarının mübadiləsi və "terror təhlükəsi ilə mübarizə" üçün ümumi təhlükəsizlik mərkəzi yaratmaq niyyətindədirlər. Hindistan hakimiyyəti Rusiya qəflətən öhdəliklərini pozmağa başlayarsa, İrəvana hərbi yardım göstərəcəklərindən çıxış edir. Bu günlərdə Ermənistanın Baş naziri Nikol Paşinyan açıq şəkildə Moskvaya eyham vuraraq “bunun üçün milyonlarla dollar ayrılsa da, bəzi müttəfiqlər silah vermir” deyib. Bununla belə, Dehli vurğulayır ki, o, yalnız Moskvaya kömək etməyə çalışır, ona heç bir təhlükə yaratmır. İndi Ermənistan ərazisində Rusiyanın Gümrüdəki hərbi bazası ilə yanaşı, Avropa İttifaqının mülki missiyası da yerləşir. Lakin belə çıxır ki, Ermənistan nəinki Rusiya ilə Qərbin qarşıdurma mərkəzinə çevrilir, üstəlik, Hindistan və Pakistan da regionda nüfuz uğrunda yarışa hazırlaşır. Tehran isə Ermənistandan iqtisadi vəziyyətini yaxşılaşdırmaq üçün istifadə etmək niyyətindədir. Bəs bütün bunlardan Ermənistanın özü faydalana biləcəkmi? Əsas sual budur".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Şansınızı qaçırmayın: BÜRCLƏR üçün sentyabrın ən xoşbəxt günü
08:18 02.09.2026
Sosial
Sənədsiz evlərlə bağlı çıxış yolu hansıdır?
07:37 02.09.2026
Cəmiyyət
Britninin filmi çəkilir – onlardan biri oynayacaq
07:00 02.09.2026
Şou
Ödü qatı olanların qanı da qatı olur - Onkoloq
06:26 02.09.2026
Sağlamlıq
Çində süni intellekt səfərbərliyə cəlb ediləcək
04:24 02.09.2026
Maraqlı
“Tottenhem” Mudriki “Çelsi”dən icarəyə götürüb
03:49 02.09.2026
Futbol
Təcavüzdə ittiham olunan şahzadənin anası kraliça oldu
03:13 02.09.2026
Şou
Böyük sinəli qadınlarda bu təhlükəli vəziyyət ola bilər
02:32 02.09.2026
Sağlamlıq
SEPAH: ABŞ-nin MQ9 PUA-sı zərərsizləşdirilib
01:58 02.09.2026
Region
SEPAH: İordaniyadakı ABŞ bazası ballistik raketlərlə vurulub
01:21 02.09.2026
Son dəqiqə
Putindən Ermənistana: İstəsəniz, sabah oradan çıxa bilərik!
00:59 02.09.2026
Region
İran Hörmüz boğazının bağlandığını elan edib
23:40 01.09.2026
Region
Qızıl yenidən ucuzlaşdı
23:23 01.09.2026
İqtisadiyyat
Putin Paşinyanla razılaşmadı, sözünü kəsdi
21:54 01.09.2026
Gündəm