Paşinyan Karapetyanın adamlarını işdən çıxarır

Ermənistan Baş nazirinin mətbuat katibi Vladimir Karapetyanın istefaya göndərilməsindən sonra hakimiyyət daxilində təmizləmə başlayıb.

Axar.az xəbər verir ki, bu məlumatı “Past” qəzeti yayıb.

“Vladimir Karapetyan Paşinyanın yanında bir il çalışdıqdan sonra hakimiyyət daxilində və dövlət aparatında özünün “mini komandasını” formalaşdıra bildi. Bu şəxslər Karapetyanı mütəmadi olaraq informasiya ilə təmin ediblər. Karapetyanın gedişindən sonra hakimiyyətin fərqli strukturları mütəmadi olaraq Karapetyanın kadrlarından təmizlənir. Bir sözlə, hakimiyyət daxilində təmizləmə başlayıb”, – deyə o bildirib.