
Paşinyan özünü baha satır: Qərb yoxsa Rusiya?
09:12 23.11.2023
Aktual
729
Paşinyan xarici siyasəti manipulyasiya obyektinə çevirib. Onun təzahürlərindən biri də Ermənistanın KTMT tədbirlərində iştirakı məsələsidir.
Bu barədə “Hraparak” nəşrində dərc olunan məqalədə bildirilib.
Paşinyanın demokratiya vədi ilə hakimiyyətə gəlib, diktatura qurduğunu bildirən müəllif qeyd edib ki, Nikol KTMT-nin hərbi təlimlərində iştirakdan imtina edir, Ermənistanla bağlı qərarların qəbuluna mane olur:
“O, bu gün Minskdə baş nazir, xarici işlər və müdafiə nazirləri səviyyəsində keçirilən sammitdə iştirakdan imtina etdi. Eyni zamanda o, KTMT-dən çıxmaq niyyətində olmadığını açıqlayır. Bu nədir, ironiya deyil? Təbii ki, bu, Ermənistanı mövcud təhlükəsizlik sistemindən çıxarmağa yönəlib. Amma problem ondadır ki, o, KTMT-ni nə ilə əvəz edəcəyini bilmir”.
Məqalədə bildirilib ki, Ermənistan Rusiyadan imtina edərək, Qərb silahları alır:
“Rusiya-Ukrayna müharibəsi zamanı Rusiyanın zenit müdafiə sistemi özünü ən yaxşı şəkildə göstərdi. Nikol isə fransız silahı alır (MG-200 nəzərdə tutulur – red.). Bu, cəmi üç kompleksdir. Bu, əlbəttə ki, daha keyfiyyətli rus analoqundan daha bahalıdır. Məqsəd silah deyil, Qərbə qoşulmaqla bizi Rusiya təhlükəsizlik sistemindən tədricən “azad etmək”dir. Ancaq Qərbin təhlükəsizlik sistemi NATO-dur, burada isə bizi qətiyyən gözləmirlər. İnanmırsınızsa, Gürcüstan, Moldova və ya Ukrayna nümunələrinə nəzər salın”.
Mövzunu "Sherg.az" üçün şərh edən Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli bildirib ki, Paşinyan həm özünü Rusiyaya baha satmaq yoluna qədəm qoyub həm də imkan tapdıqca Rusiya orbitindən uzaqlaşmaq planını da icra edir:
"İrəvan hakimiyyəti yeritdiyi siyasətin müqabilində Qərbdən ciddi dəstək alır. Hətta Paşinyana olan bu dəstək Amerikada başlayacaq seçki prosesinin tərkib hissəsinə çevrilib. ABŞ də böyük ehtimalla Baydenin hakimiyyətdən getməsi reallaşacaq. Bu mənada admistrasiyada təşkil olunanlar, nümayəndələr palatasında təmsil olunanlar, Avropa İttifaqında təmsil olunanalar seçkinin baş tutacağı bir il ərzində Azərbaycana və Rusiyaya təzyiq göstərməyə çalışacaqlar".

Ə.Əlibəyli Ermənistanın KTMT-dən çıxması və ya qalması məsələsini Rusiyanın həll edəcəyini vurğulayıb:
"İrəvan hakimiyyəti sözü gedən təşkilatdan çıxmaq qərarı alarsa, Ermənistandakı Rusiya tələbələrinin təhlükəsizliyini qorumaq təhdidi yaranır. Rusiya ikinci bazanı bu zərurət üzərində istifadə edə bilər. Eyni zamanda Ermənistanın hansı ölkədən silah alması heç bir önəm daşımır. Azərbaycan bütün sahələrdə olduğu kimi hərbi baxımdan da Ermənistanı üstələyir. Yeni müharibə olarsa, yenidən Azərbaycanın qələbəsinin şahidi olacağıq. Ermənistan çalışmalıdır ki belə fəaliyyətlərdən əl çəksin".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyənin Avropa İttifaqına üzvlüyü ilə bağlı Kallasdan açıqlama
19:23 30.06.2026
Gündəm
İran ilə ABŞ arasında gec-tez sülh sazişi imzalanacaq - POLİTOLOQ
19:17 30.06.2026
Gündəm
Armine Marqaryanın fikirləri reallığı əks etdirir - Fazil Mustafa
19:07 30.06.2026
Gündəm
Karapetyan Paşinyanı təhdid etdi
18:27 30.06.2026
Region
Litvanın yeni Baş naziri seçilib
18:23 30.06.2026
Dünya
Avropaya dəhşətli istilər qayıdır: Təhlükəli səviyyə...
18:05 30.06.2026
Ekologiya
I Bakı Türkoloji qurultayın gizlinləri - mətbuat nə yazırdı?
17:32 30.06.2026
Tarix
Xameneinin cənazəsi İraqa aparılacaq
17:29 30.06.2026
Dünya
Prezident İlham Əliyev Delsi Rodriqesə başsağlığı verib
17:15 30.06.2026
Gündəm
İran XİN: Qalibafın Azərbaycana səfəri uğurlu olub
16:58 30.06.2026
Siyasət
İdmanla enerji içkisi əks qütblərdə dayanır - Həkim-terapevt
16:56 30.06.2026
Sağlamlıq
Putin və Tokayev arasında telefon danışığı oldu
16:41 30.06.2026
Dünya
İran ABŞ ilə danışıqlara başlamaq üçün şərt irəli sürdü
16:32 30.06.2026
Gündəm
Azərbaycanlı ata doğum evində qızını oğlanla dəyişib, qaçdı
15:36 30.06.2026
Maraqlı