Paşinyanı baş saldılar: ““Dəmir yumruq” gündəmə gələrsə...” - Kremlin planı “suya düşdü”
Fidan Həmişəyeva
11:01 22.03.2021
Aktual
727
“Yəni Azərbaycanla Ermənistan gələcəkdə normal münasibətlər qurmaq əzmindədir”
“Paşinyan hazırda ABŞ-ın Ermənistandakı danışan dilidir”
“Bu dilin vasitəsilə ABŞ Rusiyaya mesaj verir”
Ermənistan Baş naziri Nikol Paşinyan Aştarak vilayətinin Ucan kəndində sakinlərlə görüş zamanı maraqlı açıqlamalar verib. O, bildirib ki, Ermənistanda kimin hakimiyyətə gəlməsindən asılı olmayaraq hazırkı anda Qarabağla bağlı üçtərəfli bəyanatdan imtina etmək mümkün deyil.
Paşinyan deyib ki, bu gün onu Qarabağla bağlı üçtərəfli bəyanatı imzalamağa görə satqınlıqda günahlandırmağa davam edirlər: “Ancaq sual vermək lazımdır ki, digər hakimiyyətlər bu razılaşmadan imtina edərdilərmi? Mən buna mənfi cavab verirəm, çünki bu, faciəyə gətirib çıxarar. Bizi 2018-ci ildə hakimiyyətə gəldikdən sonra 25 il ərzində Silahlı Qüvvələrdə mövcud olmuş bir sıra problemləri həll etməməkdə
də günahlandırırlar. Bu ittiham doğrudur. Ancaq sual yaranır ki, ərzaq və mərmilərlə bağlı problemlər 2018-ci ildə də mövcud olmalı idimi?”
Ermənistan Baş naziri bir daha bəyan edib ki, 2018-ci ildə hakimiyyətə gəldikdən sonra danışıqlar prosesində dəyişikliyə nail olmağa çalışıb: “Çünki aparılmış danışıqlar torpaqların mərhələli şəkildə Azərbaycana qaytarılmasını nəzərdə tuturdu. Qarabağda müharibə başlayanda ordu mümkün olan vaxta qədər döyüşdü”.
Paşinyanın çıxışını “Sherg.az”a şərh edən siyasi elmlər doktoru, politoloq Cümşüd Nuriyevin sözlərinə görə, Paşinyan hakimiyyətdə olduğu müddətdə ondan ağıllı fikir eşitməmişdik. Yəqin ki, onun yanında məsləhətçiləri var və baş naziri başa salıblar:
“Burada Baydenin hakimiyyətə gəlişinin rolunu da xüsusilə qeyd etmək istəyirəm. Hadisələrin gedişi göstərdi ki, Rusiyanın Paşinyanla bağlı planları “suya düşdü”. Rusiyanın adamları istər Koçaryan, istər Sarkisyan və digərlərinin əli ilə bir şey edə bilmədilər. Paşinyanın müəllimləri iyunun 20-dəki seçkilərə qədər hər şeyə əl atdılar. Bu, vaxt udmaq, Ermənistandakı daxili sakitliyi tənzimləmək idi və nail oldular”.
Politoloq vurğulayıb ki, Paşinyanın bu çıxışı təsadüfi deyil:
“Çünki 11 yanvar 2021-ci ildə imzalanmış bəyanat konkret olaraq 10 noyabrdakı üçtərəfli bəyanatın sonuncu maddəsinin həyata keçirilməsi ilə bağlı idi. Kommunikasiya sistemlərinin açılması və əlaqələrin bərpası müzakirə edildi. Paşinyan çox gözəl dərk edir ki, artıq özlərini blokadaya salıblar. Bütün həyatları Gürcüstandan asılıdır. Çünki Gürcüstan da birmənalı şəkildə Rusiya ilə əvvəlki səviyyədə münasibətlərini saxlamaq istəmir, daha çox sürətlə qərbə meyl edir. Həmçinin Azərbaycan Prezidentin təkidli çıxışı və sonuncu dəfə “lazım olarsa, “Dəmir yumruq” gündəmə gələr” bəyanatına Ermənistanda diqqət yetirənlər çoxdur. Onsuz da bilirlər ki, Qarabağla bağlı mövzuda haqsızdırlar.
Paşinyan hazırda ABŞ-ın Ermənistandakı danışan dilidir. Bu dilin vasitəsilə Rusiyaya mesaj vermək istəyirlər. Baş nazir bu çıxışında kifayət qədər səmimi idi. Yəni Azərbaycanla Ermənistan gələcəkdə normal münasibətlər qurmaq əzmindədir. Paşinyan bu günə qədər küçə siyasətçisi olsa da, deyəsən yavaş-yavaş siyasi arenaya qayıtmaq istəyir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: "ABŞ İranla bağlı qərarını tezliklə verəcək"
23:38 13.10.2026
Aktual
"Qarabağ" "Sabah"ı təbrik etdi
23:19 13.10.2026
Futbol
Trampdan husilərə xəbərdarlıq: "Mən bunu heç vaxt unutmayacağam"
23:00 13.10.2026
Dünya
Netanyahu Trampla İrana hücumların bərpasını müzakirə etdi
22:20 13.10.2026
Gündəm
Arda Turan Türkiyə millisi ilə bağlı qərarını açıqladı
22:02 13.10.2026
Futbol
Ərdoğandan xahiş edəcəyəm ki, müharibəyə qoşulsun
21:17 13.10.2026
Dünya
Ərdoğanın vasitəçiliyi sülhə yol aça bilər, amma bir şərtlə - ŞƏRH
20:32 13.10.2026
Gündəm
Ərdoğandan Səudiyyəyə dəstək...
20:21 13.10.2026
Aktual
Belçikanın Rusiyadakı səfiri XİN-ə çağırılıb
20:13 13.10.2026
Gündəm
Paşinyanın təyyarəsi 5 ay sonra İrəvana qayıtdı
20:05 13.10.2026
Cənubi Qafqaz
Dələduzluq edən dörd nəfər saxlanıldı
19:50 13.10.2026
Hadisə
Barmaq çıtlatmaq zərərlidirmi? - Oynaq iltihabına səbəb olurmu?
19:41 13.10.2026
Sağlamlıq
Dizel sazişi Rusiya və ABŞ-ın maraqlarına cavab verir
19:39 13.10.2026
Aktual
Polis 2 kiloqram narkotik vasitə aşkarladı
19:26 13.10.2026
Hadisə
Tom Berendsen Azərbaycana rəsmi səfər edəcək
18:42 13.10.2026
Siyasət