Paşinyanın iqamətgahı qarşısında intihara cəhd edildi
17:28 19.12.2019
Aktual
388
Ermənistan Nazirlər Kabinetinin növbəti iclasının keçirildiyi binanın yaxınlığında Soqoman Xostikyan adlı bir şəxs boğazını kəsərək intihar edəcəyini bildirib. Yerli KİV-ə istinadən bildirir ki, o, baş nazir Nikol Paşinyanla görüş tələb edərək, boğazına bıçaq dirəyib və özünə qəsd edəcəyini vurğulayıb.
Bildirilir ki, Soqomanın qardaşları 2014-cü ildə oğurluq etdiklərinə görə 12 il müddətinə azadlıqdan məhrum ediliblər. Onun sözlərinə görə, müstəntiqlər qardaşlar üzərindən ittihamı götürmək üçün anasından 20 min dollar tələb ediblər. Xostikyan qardaşlarına qarşı işin uydurma olduğunu deyərək, ədalətli məhkəmə araşdırmasını tələb edib.
“Nikol Paşinyan yürüşə başlayanda, onunla İcevanda görüşdüm. Mənə dedi ki, hər şey yaxşı olacaq. Ancaq bu gün problemimiz həll olunmur, bütün orqanlara müraciət etmişəm, cavab yoxdur ", - Xostikyan deyib.
Aksiya müddətində hökumət nümayəndələrindən heç kim ona yaxınlaşmayıb.
Qeyd edək ki, daha sonra o, boynunu kəsib və təcili yardımla xəstəxanaya çatdırılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya