Pənahov: “MSK sosial şəbəkələrdə seçkilərlə bağlı yayılan görüntüləri araşdırır”
15:38 23.12.2019
Aktual
422
“Mərkəzi Seçki Komissiyası sosial şəbəkələrdə bələdiyyə seçkiləri ilə bağlı qoyulan görüntüləri araşdırmağa başlayıb”. APA-nın məlumatına görə, bunu bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında MSK sədri Məzahir Pənahov bildirib.
M. Pənahov qeyd edib ki, sosial şəbəkələrdəki görüntülər ciddi araşdırılacaq: “Heç kimə hüquq verilməyib ki, Azərbaycan seçicisinin hüququna müdaxilə edilsin. MSK sosial şəbəkələrdəki görüntüləri ciddi şəkildə araşdıracaq və nəticələrini ictimailəşdirəcək. Onu da deyim ki, 1606 bələdiyyəyə seçki keçirilir, sosial şəbəkələrdə yayılan görüntülərdən 10-15 bələdiyyə ilə bağlı görüntüləri yadda saxlaya bildim”.
MSK sədri deyib ki, seçkilərlə bağlı müraciətlər ilk növbədə dairə seçki komissiyalarına (DSK) ünvanlanmalıdır: “DSK-da müraciət barədə qərar qəbul edildikdən sonra MSK-ya müraciət etmək olar. Əgər namizədlər müraciətlərə tez baxılmasını istəyirlərsə, ilk növbədə DSK-lara müraciət etməlidirlər. DSK-nın qərarından narazı qalsalar, MSK-ya müraciət etsinlər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya