Pənahov: "Niyə müəllim və həkimlər namizədlərin görüşünə gəlməsin?"

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında qurumun sədri Məzahir Pənahov deputatlığa namizədlərə bərabər şərait yaradılmasının vacibliyinə toxunub.

M.Pənahov deyib ki, yerli hakimiyyət orqanları namizədə kömək edirsə, məsələ araşdırılmalıdır.

O, müəllimlərin, həkimlərin namizədlərin görüşünə gəlməsinə də münasibət bildirib:

“Mətbuatda yazılır ki, namizədin görüşünə müəllimlər, həkimlər gəlir. Niyə onlar görüşə gəlməməlidir? 18 yaşı olan istənilən Azərbaycan vətəndaşının seçki hüququ var. Bu da həmin məsələlərdən biridir”.