Pensiyaçılar artırılmış məbləği nə vaxt alacaq?
08:37 18.12.2019
Aktual
577
Pensiya alan vətəndaşımızın pensiyası gələn aydan indeksasiya olunacaq və yanvar ayında pensiyaçılar artırılmış məbləği alacaqlar. Bu sözləri iqtisadçı alim Vüqar Bayramov pensiya məbləğlərinin necə indeksasiya olunacağı ilə bağlı danışarkən deyib.
İqtisadçı bildirib ki, hər ilin yanvarında pensiya və eləcə də pensiya kapitalının indeksasiyası həyata keçirilir və mövcud qanunvericiliyə əsasən, pensiya məbləğləri əvvəlki ildə orta aylıq əmək haqqındakı artımlara, pensiya kapitalı isə infilyasiya səviyyəsinə uyğun olaraq indeksasiya olunur:
“Bu o deməkdir ki, pensiya alan vətəndaşımızın aldığı pensiya məbləği artıq gələn aydan indeksasiya olunacaq və yanvar ayında pensiyaçılar artırılmış məbləği alacaqlar. Pensiya kapitalı olan, amma hələlik pensiya yaşı çatmayan vətəndaşlarımızın yığımı isə infilyasiya göstəricisi ilə indeksasiya olunub artırılacaq. Hələlik pensiya məbləğlərinin indeksasiya məbləği dəqiqləşməyib. Çünki bu rəqəm il başa çatandan sonra müəyyənləşir.
Gözlənilir ki, 2020-ci il yanvarın ikinci yarısı Dövlət Statistika Komitəsi orta aylıq əmək haqqıdakı rəsmi artımı elan etdikdən sonra pensiya məbləğləri indeksasiya olunaraq artırılacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya