PKK iki motosikleti partlatdı: 14 yaralı var

PKK/YPG terror qruplaşması Suriyanın Cerablus şəhərində terakt törədib.

Axar.az xəbər verir ki, terrorçular bomba quraşdırılmış iki motosikleti partladıb.

Hadisə nəticəsində aralarında uşaqların da olduğu 14 nəfər yaralanıb.