Poçt xidməti göstərilərkən alıcıya mədaxil qəbzi təqdim edilməlidir

Vergilər Nazirliyinin Media və Kommunikasiya İdarəsindən AZƏRTAC-a bildirilib ki, nəzarət-kassa aparatları pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri üçün tələb olunur.

Sözügedən fəaliyyəti həyata keçirən şəxslər tərəfindən isə nağd hesablaşmalar zamanı xidmətlərin alıcısına forması Maliyyə Nazirliyi tərəfindən təsdiq olunmuş ciddi hesabat blankı olan mədaxil qəbzi təqdim edilməlidir.